Hər yeni gün bəxş edilmiş bir hədiyyədir
22.10.2022 [12:43]
Həftəsonunu səmərəli keçirməyin yolları
Səidə RƏHİMLİ
Həftə ərzində iş və ya dərslərlə məşğul olduqdan sonra həftəsonu özümüzə və ailəmizə vaxt ayırmaq üçün əla bir fürsətdir. Həftəsonlarını səmərəli keçirməklə bütün həftənin yorğunluğunu üstünüzdən atıb yeni iş və ya dərs gününə daha gümrah şəkildə başlaya bilərsiniz. Bir çoxları istirahət günlərini “doyunca yatmaq” və ya televizora baxmaqla keçirir. Onlar dincəldiklərini düşünürlər. Amma belə deyil. Bununla sadəcə bədənimiz dincələ bilər, ruhumuz deyil. Həm zehninizi, həm ruhunuzu, həm də bədəninizi rahatlatmaq üçün həftəsonlarını daha faydalı keçirməyiniz tövsiyə olunur.
İstirahət günlərindən maksimum yararlanmaq üçün həftə ərzində planlar qurun və buna əməl etmək üçün özünüzü motivasiya edin. Həftəsonu nə edəcəyinizə öncədən qərar verməyib son ana buraxsanız, günləriniz heç nə edə bilmədən keçmiş olacaq. Çünki həmin an nə etməli olduğumuzla bağlı yaxşı düşünə bilmirik. Nəticə isə ömürdən boşa getmiş 2 gün olur.
Sizlərə həftəsonunu daha yaxşı keçirmək üçün plan qurmağa kömək edəcək bəzi tövsiyələr hazırladıq:
* Günün bir hissəsini idmanla məşğul ola bilərsiniz. Bu, sizin bütün stresinizi atacaq və daha enerjili hiss etməyinizə səbəb olacaq. Fitnesə gedə bilər, açıq havada yürüşə çıxa bilər və ya velosiped sürə bilərsiniz. Unutmayın, sağlam bədəndə sağlam can olur;
* Hobbilərinizlə məşğul olun və ya yeni hobbilər tapın: şəkil çəkmək, oyunlar oynamaq, maraqlı və fərqli yeməklər bişirmək, musiqi dinləmək, kitab oxumaq və s. Bunları həm təkbaşına, həm də ailəniz və ya dostlarınızla edə bilərsiniz. Bu, gərginliyinizi azal?maqda çox yaxşı vasitədir;
* Dostlarınızla və ya ailənizlə hava şəraitinin uyğunluğuna görə piknikə gedə bilərsiniz. Piknik zamanı voleybol, futbol və ya ip oyunları ilə vaxtınızı daha şən keçirin;
* Sadəcə özünüzə vaxt ayıra bilərsiniz. Bir gününüzü sevdiklərinizlə əylənərək keçirdikdən sonra digər gününüzü özünüzə vaxt ayıraraq keçirin. İçinizdən gələn səsi dinləyin. Özü ilə maraqlı vaxt keçirə bilən hər kəs çox xoşbəxtdir;
* Meditasiya və ya yoga ilə məşğul ola bilərsiniz. Bu, ruhunuzu dincəltmək və istirahət etmək üçün əla yoldur. Səhər oyandıqdan sonra və ya yatmadan əvvəl 20 dəqiqə ayıraraq bütün mənfiliklərdən azad ola bilərsiniz. Əgər heç yoga etməmisinizsə, bu gün başlamaq üçün əla fürsətdir;
* Sosial mediadan bir müddət uzaq durun. Ətrafda baş verənlər haqqında məlumat almaq üçün sosial mediadan istifadə etmək sərfəlidir. Lakin bütün həftəsonunu telefona həbs olaraq keçirməyin. Bu, sizin stresinizi daha da artıracaq və zehni cəhətdən yorğun olacaqsınız;
* Gec yatmayın. Əylənmək üçün belə olsa, yuxunuzu gecikdirməyin. Bədəninizin sağlam qalması və rahatlaması üçün hər gün 8 saat yatmağa çalışın. Həddindən çox yatmaq da, lazım olandan daha az yatmaq da bizə ziyandır. Ona görə də özünüzə yatmaq üçün saat müəyyənləşdirin və planlarınızı buna əsasən qurun;
* Bacarıqlarınızı inkişaf etdirə və ya yeni bacarıqlar əldə edə bilərsiniz. Məsələn, piano çalmaq, şahmat oynamaq, tikiş tikmək və s. Bu günə qədər sahib olmaq istədiyiniz bacarıqları mənimsəmək üçün həftəsonunda bunlara vaxt ayırın. Öyrənin və məşq edin;
* Gəzintiyə çıxın. Təkbaşına və ya sevdiklərinizlə, fərqi yoxdur. Sinemaya, muzeyə və ya konsertə gedib əylənin, fərqli restoranlara gedib yeni yeməklərin dadına baxın, mağazaları gəzib alış-veriş edin, şəhərin görməli yerlərini kəşf edin və ya ölkəmizin bir-birindən gözəl guşələrinə səyahət edin.
Əyləncəli vaxt keçirmək üçün hər biri əla fürsətdir. Elə indi də gec deyil. İndicə həftəsonunu necə keçirəcəyinizlə bağlı plan qurub həyata keçirə bilərsiniz. Özünüzə və ailənizə vaxt ayırmağı, həftəsonlarından son dərəcə faydalı şəkildə yararlanmağı unutmayın. Boşa keçən hər gün ömrümüzdən gedir. Hər yeni günü bəxş edilmiş hədiyyə olaraq yaşayaq.
Hər birinizə xoş həftəsonu arzulayırıq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

