Unikal sosial təşəbbüslər
29.07.2023 [10:55]
Əlilliyə əsas verən meyarlar artırıldı
Mübariz ABDULLAYEV
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqca respublikamızda əhalinin rifah halının yaxşılaşmasına, gəlir imkanlarının genişlənməsinə hesablanan yeni təşəbbüslər irəli sürülür və bir qayda olaraq, bu təşəbbüslərin icrası yüksək səviyyədə təmin olunur. Bu baxımdan əlillərə göstərilən davamlı diqqət və qayğı da öz əhatəliliyi ilə diqqət çəkir. Bu sahədə cəmiyyətdən gələn sosial sifarişlər nəzərə alınmaqla qanunvericilik bazası təkmilləşdirilir, icra mexanizminin çevikliyinin və səmərəliliyinin artırılması üçün zəruri təbirlər görülür. Elə bu günlərdə Nazirlər Kabineti 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” yeni Qərar qəbul edib. Həmin qərarda əlilliyə əsas verən meyarların sayı artırılıb.
Əlillərə həssas yanaşma
Respublikamızda müxtəlif dərəcədə əlilliyi olan şəxslərə həssas yanaşma sərgilənir. Müvafiq qanunvericiliyə əsasən, əlillik 1, 2, 5 il və müddətsiz müəyyən edilir. Vətəndaşın əlillik dərəcəsi
31-60% faiz aralığında ardıcıl 15 il, 61-80% aralığında ardıcıl 10 il, 81-100% aralığında ardıcıl 4 il olduqda növbəti əlillik müddətsiz müəyyən olunur. Eyni zamanda, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən olunur. İstənilən dərəcə üzrə 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib. Onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.
Reabilitasiya xidmətləri
Reabilitasiya xidmətləri əlillərə dövlət qayğısının mühüm istiqamətlərindən birini təşkil edir. 2023-cü ilin birinci yarısında agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,1 min şəxs 38,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.
O cümlədən uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.
Qeyd edək ki, hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən isə əlilliyi olan daha 18 gənc Türkiyədəki peşə dərnəklərində təcrübə kursu keçmək üçün qardaş ölkəyə yola salınıb. Onlardan bir qismi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Bildirilib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində bu il 35 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər olmaqla 343 nəfər əlilliyi olan şəxsə peşə reabilitasiyası xidmətləri göstərilib.
Mərkəzə müxtəlif peşələr üzrə hazırlığa cəlb olunan gənclər Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına da göndərilir. Türkiyənin Ankara və Antalya şəhərlərində təşkil olunan həmin kurslara son illərdə bu kateqoriyadan olan 114 gənc yola salınıb.
Cəmiyyətin, dövlətin qazilərə diqqət və qayğısı
Yer üzündə müharibəyə cəlb olunan bütün ölkələr kimi, Azərbaycan da həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhidlər verdi, igid hərbçilərimiz Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə müxtəlif dərəcəli bədən xəsarəti aldılar. Təsəlli yerimiz isə odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz İkinci Qarabağ savaşında düşməni kapitulyasiyaya məruz qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi.
Respublikamızda müharibədə əlillik qazanan qazilərə həm cəmiyyət, həm də dövlət səviyyəsində böyük hörmət və qayğı ilə yanaşılır. Deyə bilərik ki, Azərbaycan şəhid ailələrinə və qazilərə münasibətdə də dünyaya nümunə göstərir. Bu istiqamətdə dövlətin siyasətinə diqqət çəkən Prezident İlham Əliyev “Bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik”, - deyə vurğulayıb.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan yenə də dünya miqyasında azsaylı ölkələrdəndir ki, şəhid ailələrinə və qazilərə mənzillər verir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram sonrakı mərhələdə uğurla davam etdirilir. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, postmüharibə dövründə 5 000, 2023-cü ildə 500, ümumilikdə ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Eyni zamanda, respublikamızda müvafiq qurumlar tərəfindən qazilərin əlilliyinin operativ qaydada qiymətləndirilməsi həyata keçirilir. Bu barədə KİV-ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ətraflı məlumat verilib. Bildirilib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun mərhələ kimi, agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb. İndiyədək Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib. Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.
Əlillərə dövlət qayğısının daha bir təzahürü
Nazirlər Kabinetinin yeni qərarı ilə əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılır. Dəyişikliklərə əsasən, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya “müddətsiz” olaraq qeyd olunub.
Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.
Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

