COVİD-19 yenidən qayıdır...
11.08.2023 [11:00]
Azərbaycan üçün təhlükə varmı?
Son 4 həftə ərzində dünyada koronavirusa ümumilikdə 1 008 194 yoluxma, 3 132 ölüm halı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilir. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb.
Məlumdur ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantlar törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil.
Yeni COVİD dalğası...
Mütəxəssislər bu payızda COVID-19-un yenidən qayıdacağı barədə xəbərdarlıq ediblər. Xüsusilə İngiltərədə koronavirus xəstəliyinə yoluxma hallarının artması narahatlıq doğurur. Tibb alimləri deyiblər ki, ölkədə infeksiyanın yaxın aylarda necə təzahür edəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər. Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi də həyəcan təbili çalıb. London Universitetinin professoru Kristina Pagel yeni bir COVİD dalğasının olduğunu deyib.
Sentyabrdan yoluxma daha sürətli olacaq...
Pagel qeyd edib ki, payız yaxınlaşdıqca və insanlar məktəbə, işə qayıtdıqca, yoluxanların sayı kəskin arta bilər: “Bəlkə sentyabr ayında dalğanın böyüməyə davam edəcəyini və daha sürətli olacağını görəcəyik”.
Pagel payız və qış üçün bəzi qadağaların, eləcə də maska rejiminin qaytarılmasının zəruri olduğunu vurğulayıb. Mütəxəssislər payızın yaxınlaşması ilə əlaqədar Böyük Britaniyanın peyvənd proqramı ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Alimlər hətta peyvəndlərin növbəti mərhələsini planlaşdırmaq və hansı yeni spesifik peyvəndin yaradılmasının vacibliyindən də danışırlar. Avqustun ilk həftəsi beynəlxalq statistikaya görə, 189 ölkə və ərazidə 20,9 milyon aktiv koronavirus xəstəsi var. İlk beşlikdə Polşa, Vyetnam, Braziliya, ABŞ və Cənubi Koreya yer alır. Qonşu Rusiyada 147298, İranda 94035, Gürcüstanda 51889, Qazaxıstanda 14963, Ermənistanda 5360 nəfər müalicə altındadır.
“Dang” virusu...
Yeri gəlmişkən, ÜST daha bir təhlükəli virus barədə açıqlama verib. ÜST-ün Tropik Xəstəliklər Bölməsinin rəhbəri Raman Velayudhan deyib ki, dünya əhalisinin təxminən yarısı “dang virusu” riski altındadır və bu virus təxminən 129 ölkəni əhatə edir. Velayudhan dünya əhalisinin yarısının ağcaqanad dişləmələri ilə ötürülən və qripə bənzər ağır simptomlara səbəb olan viral xəstəlik olan “danq qızdırması” riski altında olduğunu açıqlayıb. Daha yüksək orta temperatur, yağıntılar və daha uzun quraqlıq dövrləri ilə qeyd olunan iqlim dəyişikliyi bütün dünyada rekord sayda danq infeksiyasına səbəb ola bilər. Bəzi hallarda, xüsusən də ikinci dəfə infeksiyaya yoluxduğunuzda, bu, ciddi xəstəliyə səbəb ola və öldürə bilər. 2000-ci ildə yarım milyona yaxın, 2022-ci ildə 4,2 milyondan çox hadisə qeydə alınıb ki, bu da səkkiz qat artım deməkdir”.
Nəzərə alsaq ki, dərs ilinin başlamasına az müddət qalıb, COVİD-in yenidən alovlanması nə dərəcədə təhlükəli ola bilər?
Zaman keçdikcə kollektiv immunitet zəifləyir
Sualımızı cavablandıran infeksionist Vüqar Cavadzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, payız aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların yoluxma dinamikasında artım çox olur: “COVID-19 da hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün mövsümlərə görə yoluxma dinamikasında dəyişiklik ola bilər. Bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil”.
Sadə tövsiyələri unutmaq olmaz...
İnfeksionist qeyd edib ki, payız aylarında yoluxma sayının çoxalmaması üçün hər kəs diqqətli olmalıdır: “Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda olurlar, bu da yoluxma ehtimalını artırır. Mümkün qədər qapalı, insanların çox toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Dezinfeksiyaedici məhsullardan istifadəni də unutmaq olmaz.
Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Epidemiyanın alovlanma dövrlərində bu qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq”.
“Dang” virusu Azərbaycana gələ bilər?
“Dang” viruslarının bəzilərinin çox təhlükəli, bəzilərinin isə ciddi sayılmadığını vurğulayan infeksionist bildirib ki, bu virusların bir çoxu endemik xarakter daşıyır: “Xüsusən endemik virusların içində çox təhlükəli viruslar var. Bunlar hemoradik qızdırmalar qrupuna daxil olan və “Dang” xəstəliyini törədən viruslardır. Əsasən ekvatora yaxın ölkələrdə, Afrikada, Amerikada, Cənub hissələrdə daha çoxdur. Bu viruslar əsasən ağcaqanadların ağız suyunda olur, insanı dişləyərkən dərisinə, oradan qanına daxil olur. Beləliklə də xəstəlik törədir. Xəstəlik zamanı güclü qızdırma, bütün bədəndə ağrı, qansızmalar, dəri səpkiləri olur. “Dang” qızdırması zamanı ölüm halları da müşahidə edilə bilir”.
Həkim bu virusun ölkəmizə gəlmə ehtimalından da danışıb: “Bu günə qədər ölkəmizdə bu viruslar müşahidə edilməyib. Amma nəzəri cəhətdən təbii yoluxucu xəstəlikdir, gələ bilər. Bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi daha çox ölkədə müşahidə edilir. Bunun səbəbi təbii ki, insanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

