Yeni fərman!
13.09.2023 [10:55]
“Yararsız”lar xidmətdən yayına bilməyəcəklər...
Bu günlərdə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) tərəfindən aparılacaq.
Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.
Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılacaq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov bildirib ki, 6 ay ərzində fərmanın icrasını təmin etmək məqsədilə işçi qrup yaradılacaq və texniki məsələlər həll ediləcək: “Nəticədə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək. Eyni zamanda bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması əldə ediləcək”.
Qeyd edək ki, zaman-zaman yekun tibbi müayinə sahəsində bir çox korrupsiya və rüşvətin olması barədə iddialar səsləndirilib. Belə ki, çağırışçılar müxtəlif yollarla “yararsız” hərbi bileti əldə edirdilər. Yeni fərmanın isə bu kimi halları aradan qaldıracağı gözlənilir.
Ordumuzun sıraları daha da sağlamlaşdırılır
Millət vəkili Elman Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında sözügedən fərmanın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu fərmanın imzalanmasında bir məqsəd var- hərbi xidmətə çağırış zamanı tibbi komissiyalar tərəfindən yol verilən neqativ halların aradan qaldırılması: “Adətən gənclərimizin hərbi xidmətə çağırışı olan zaman onlar kiçik problemlərə görə xidmətdən yayınırlar. Yaxud elə gənclərimiz var ki, sağlamlığında hansısa problemlər var, lakin özü hərbi xidmətə getmək istəyir, buna baxmayaraq, tibbi komissiyalar onlara mane olur. Yeni fərmanda bu da nəzərdə tutulub ki, çağırışçılar içərisində sağlamlıq problemi olanlar var, ancaq onlar dinc dövrdə hərbi xidmətə yararlıdır, yaxud müharibə dövründə arxa cəbhədə hərbi xidmətdə ola bilərlər. Bu kateqoriyaların hamısına yeni fərmanla aydınlıq gətirilir. Qeyd edim ki, fərman Prezidentin vacib və vaxtında imzaladığı rəsmi sənəddir. Ümumi məqsəd hərbi çağırş zamanı məntəqələrdəki həkim-tibb komissiyaları tərəfindən yol verilən neqativ halların aradan qaldırılmasına yönəlib. Təbii ki, bütün bunlar ordumuzun sıralarının daha da sağlam gənclərimizlə təmin olunmasına istiqamətlənir”.
“Yararsız”lara pis xəbər
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, yeni fərman sayəsində ölkəmizdə hərbi xidmətə çağırışla bağlı uzun illər mövcud olan neqativ halların aradan qaldırılması üçün mühüm addımlar atılacaq: “Məlumdur ki, daha əvvəl Səfərbərlik Xidmətinin əməkdaşları və müvafiq sahənin bəzi həkimləri tərəfindən müxtəlif rüşvət qarşılığında çağırışçıların xidmətə yararsız diaqnozu ilə rastlaşırdıq. Adətən bu diaqnoz altında çağırışçılar sülh dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı diaqnozu ilə hərbi xidmətdən yayındırılırdı. Adətən elə bir xəstəlik təyin olunurdu ki, daha sonra sağalma olsun. Bunu da çağırışçını başqa qurum yoxladıqda onlara cavab verə bilsinlər deyə edirdilər. Yəni onlara niyə yararsız yazdıqları soruşulduqda müalicə alıb sağalıb deyə bilirlər. Bəzən də sağlamlığı yerində olmayan əsgərlər xidmətə göndərilirdi. Belə hallarla da rastlaşırdıq və şikayətlər kifayət qədər çox idi. Görünür, ölkə başçısı da bu məsələlərdən xəbərdar oldu. Burada 4 kateqoriya var: yararlı, məhdud yararlı, sülh dövründə və müharibə dövründə yararlı. Bütün bu yararlılıq dərəcələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edəcək”.
Yaşı 30-dan çox olanlar...
Ə.Verdiyev bildirib ki, ƏƏSM-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiyalar bu məsələlərə daha ciddi şəkildə yanaşacaq: “Buna heç bir şübhəmiz yoxdur. Ən azından son illər ərzində bu qurumdan bir dəfə olsun rüşvət, korrupsiya faktı ilə bağlı şikayət eşitməmişəm. Odur ki, ümid edirəm bundan sonrakı dövrdə yaşı çatan, səhhəti, sağlamlığı imkan verən şəxslər artıq hərbi xidmətdən yayına bilməyəcəklər. Eyni zamanda əvvəlki illərdə sağlam olduqları halda “yararsız” diaqnozu ilə xidmətdən kənarda qalanlar hər 3 ildən bir təkrar komissiya çağırıldıqda dəqiqlik və dərinliklə yoxlanılacaq. Beləliklə, onların içində yararlı olanlar hərbi xidmətə göndəriləcəklər. Başqa sözlə desək, növbəti illərdə hətta yaşı 30-un üzərində olan şəxslərin də orduda xidmət etdiyinin şahidi olacağıq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

