“Diqqət-diqqət, göstərir Bakı”!
14.02.2024 [11:00]
AzTV-nin 68 yaşı tamam olur...
Televiziyanı ən böyük kəşflərdən biri adlandırsaq, yəqin ki yanılmarıq. Bu gün televiziyalar həyatımızın güzgüsü rolunu oynayaraq, həyatımızın ayrılmaz hissəsi kimi bizlər üçün bir çox imkanlar yaradır. Məsələn, izləyici olaraq fərqli kanal seçim imkanları həyatımızı daha əyləncəli və maraqlı edir. Eyni zamanda televiziyalar intellektual proqramların da əsas məkanlarından biri sayılır.
Şərqdə ilk televiziya...
1956-cı il fevralın 14-də Şərqdə ilk televiziya məhz Azərbaycanda fəaliyyətə başlayıb. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını “Diqqət-diqqət, göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
68 illik yol...
Ötən 68 il ərzində Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1957-ci ildən Azərbaycan Televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.
1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.
Bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Ölkə teleməkanının “ağsaqqalı”...
Hazırda Azərbaycan Televiziyasının (AzTV) efirində ərsəyə gələn hər bir verilişdə, videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir. Azərbaycan Televiziyası ölkə teleməkanının mənbəyi və məbədidir. Həqiqətən də son vaxtlar ana televiziyanın siması tamamilə dəyişib. Efirə verilən proqramlar daha baxımlı, daha cəlbedicidir. AzTV süni peyklər vasitəsilə dünyanın demək olar ki, hər yerində yayımlanır. Hazırki telekanal bolluğunda ana televiziyamız yenə də öz tamaşaçı auditoriyasını saxlayır və getdikcə artırır.
Qeyd edək ki, 1970-ci ildə AzTV Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Cəsarətlə söyləmək olar ki, ölkə teleməkanının universiteti sayılan Azərbaycan Televiziyası özünün həm texniki, həm də intellektual-yaradıcı potensialı ilə vəzifəsinin öhdəsindən məharətlə gəlir...
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

