Müjdəli xəbər gəldi!
15.02.2024 [10:25]
“Böyük Qayıdış”ın möhtəşəm ünvanı...
Xankəndi və Xocalıya köç olacaq
Yeganə BAYRAMOVA
3 ildən artıq ki, dövlətimiz iqtisadi gücü və daxili potensialı hesabına “Böyük Qayıdış” planını həyata keçirir. Buna uyğun olaraq sürətli bir şəkildə azad edilmiş yurd yerlərimizdə tikinti-bərpa işləri aparılır. Keçmiş məcburi köçkünlər növbəli şəkildə doğma ocaqlarına qayıdırlar.
Köçün ilk ünvanı...
Xatırladaq ki, ilk köç ünvanı Zəngilanın Ağalı kəndi idi. Bu gün isə köç karvanı öz axarında və yeni ünvanlarla davam edir. Xeyli sayda kənd və şəhərlərimizdə sakinlərin yaşayışı təmin olunub. Talışda, Laçında, Zabuxda, Füzulidə həyat yenidən canlanıb. Ağdamda, Cəbrayılda, Şuşada və onlarla kəndlərdə təmir-bərpa işləri sürətlə davam edir. Yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlər öz ocaqlarına dönürlər.
2017-ci ilin 14 iyulu...
Məcburi köçkünlərimizin doğma yurduna qayıdışı 2017-ci il iyulun 14-də Cocuq Mərcanlı kəndinə dönüşü ilə başladı. Həmin tarixi hadisə zamanı Prezident İlham Əliyev demişdi: “Bu gün Lələtəpədə və işğaldan azad edilən digər ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bayrağımız Şuşada dalğalanacaq”.
Şübhəsiz ki, ölkə başçısının bu çıxışı xalqımızın qələbə əzmini daha da alovlandırdı. Bu çıxış bizi Aprel döyüşləri ilə 44 günlük Vətən müharibəsinə bir addım yaxınlaşdırdı. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ötən il 19-20 sentyabrda antiterror tədbirləri ilə ölkəmizin suverenliyini bərpa etməsinə zəmin yaratdı. Beləcə, işğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması “Böyük Qayıdış”ı bütün ünvanlara istiqamətləndirdi.
Mühüm müqavilələr imzalanıb
Qarabağa “Böyük Qayıdış” planı istiqamətində son məlumatlardan biri budur ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanmasına dair satınalma müqaviləsi bağlanılıb.
2024-cü ilin ilk 6 ayında...
2023-cü ildə olduğu kimi, cari il də çoxsaylı əlamətdar hadisələrlə yadda qalacaq. Dövlət başçısının möhtəşəm səslə yenidən Prezident seçilməsi təbii ki, xalqın etimadının bariz nümunəsi idi. İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edildi, həmin yurd yerlərimizə yeni nəfəs verildi. Prezident azad olunan əzəli torpaqlarımızda möhtəşəm quruculuq və abadlıq işlərinin aparılması üçün müvafiq göstərişlər verir. Dünən isə xalqımız üçün mühüm xəbərin müjdəsi verildi. Belə ki, artıq Xocalı və Xankəndi də öz sakinlərini qarşılamağa hazırlaşır. Dünyanın ən ağır cinayətlərinin və qətllərinin şahidi olmuş Xocalı və Xankəndi yenidən öz əzəli xalqına qovuşacaq.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndinə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır. Xocalı və Xankəndinin hər birinə 50 ailənin köçürülməsi nəzərdə tutulub.
Xalqımız bu günü həsrətlə gözləyirdi...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Kələbəcər seçki dairəsindən olan deputat Aqil Məmmədov bildirib ki, Azərbaycan xalqı bu günü böyük sevinc və həsrətlə gözləyirdi: “Uzun müddət idi ki, Xankəndi və Xocalıya qayıdış üçün müvafiq tədbirlər görülürdü. İndi orada bərpa-quruculuq işləri gedir. Arzumuz, istəyimiz budur ki, köçürülən insanlarımızın sayı daha çox olsun. Lakin başqa məsələlər də var. Məsələn, köçürülmək üçün hazır evlər çoxdur. Lakin köçürülən insanların uşaqlarının təhsil alması üçün məktəb, həmçinin onlara tibbi xidmət göstərilməsi üçün müvafiq qurumlar lazımdır, köçürülənlərin iş təminatı məsələsi təmin olunmalıdır. Yəni söhbət təkcə köçüb, gedib orada evə yığışmaqdan getmir, gedən adamın məşğulluğu, şəraiti olmalıdır. Bütün bunların hamısı dövlət başçısı tərəfindən nəzərə alınır.
Qarabağ hər zaman Azərbaycan tarixində xüsusi yer oynayıb. Qarabağda çoxlu mütəfəkkirlər, filosoflar, sənətçilər, sənətşünaslar, musiqiçilər, bəstəkarlar yetişib. Hesab edirəm ki, bundan sonra da yetişməyə davam edəcək. Xankəndinin və Xocalının işğalı dövründə yararsız hala salınmış bağçalar və məktəblərdə yenidənqurma işləri aparılacaq”.
Xankəndi və Xocalı necə işğal olunmuşdu?
1991-ci il dekabrın 28-də Xankəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndinin sonuncu yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsi zəbt olunmaqla şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şəhərin azərbaycanlı əhalisinin ölüm-dirim mübarizəsinə baxmayaraq, qüvvələrin qeyri-bərabərliyi və ermənilərin güclü havadarlarının olması nəticəsində Xankəndi düşmən nəzarətinə keçib.
Məhz həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb. 1991-ci il dekabrın 28-də Xankəndini itirdik. Ancaq onda bilmirdik ki, bizləri qarşıda Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın işğalı gözləyir.
1992-ci ildə Azərbaycan siyasi qeyri-sabitliyin zirvəsini yaşayırdı. Xocalı soyqırımının müəllifləri və icraçılarına görə mülki şəxslərin kütləvi qırğını daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı, Ermənistana strateji üstünlük və Qarabağın qalan şəhərlərini işğal etmək üçün geniş imkanlar verirdi.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya atəşlərindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri işğal etmək üçün hərəkətə keçdilər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı. Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.
Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi həyatlarını xilas etmək üçün dağlardan keçməyə çalışdılar, lakin şaxtalı havada donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali sağ-salamat Ağdam şəhərinə çata bildi.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

