Etinasızlıq, yoxsa utanma...
16.02.2024 [11:10]
Valideynlərin psixi problemləri “ört-basdır” etmə cəhdi təhlükəyə yol açır
Müasir dövrdə ən populyar xəstəliklərdən birinə çevrilən psixoloji gərginliklər bəzən insanlar tərəfindən ciddiyə alınmır. Hətta bu tip xəstəliklərin qohum-yaxın yanında “faş olması” da ayıb sayılır. Bunun əsas səbəblərindən biri isə əksər hallarda psixoloqa müraciət edən şəxslərin birmənalı qarşılanmamasıdır - hətta belə insanlardan kənar qaçanlar da tapılır. Bu baxımdan da valideynlər əksər hallarda övladlarındakı problemin gizli saxlanılması üçün fərdi psixoloqla görüşməyə üstünlük verirlər. Hətta bir çox valideyn psixoloji problemləri olan övladlarının durumunu hər kəsdən gizlətməsi, bir növ məsələni “ört-basdır” etməsi üçün psixoloqla “müqavilə” də bağlayır. Təsadüfi deyil ki, dəfələrlə bu kimi halların böyük faciələrlə sonlandığına şahid olmuşuq. Məsələn, psixoloji problemi olan gəncin xəstəliyi gizlədilir, hətta valideynlər övladlarının hər hansı bir problemi olmadığını iddia edirlər. Ancaq belə gənclərin qeyri-adekvat davranışları, ətrafındakı insanlara ziyan verməsi, şiddət göstərməsi və hər an yaşana biləcək təhlükə sonradan böyük peşmanlıqlar yaradır.
Bütün övladlar valideynlər üçün qüsursuzdur, amma...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Elnur Rüstəmov bildirib ki, psixoloji problemləri, narahatlıqları, pozuntuları və xəstəlikləri olan şəxslər mütləq peşəkar dəstək almalıdırlar. Onun sözlərinə görə, psixoloji halları nizamsız olan şəxsləri cəmiyyətdən gizlətməklə, onları asosiallaşdırmaqla nəticə əldə etmək olmaz: “Problemin “ört-basdır” edilməsi əksinə həmin problemin miqyasının və təhlükəsinin böyüdülməsi deməkdir. Problemi kiçiltmək üçün ona elmi olaraq yanaşmaq lazımdır. Bütün övladlar valideynləri üçün qüsursuzdur. Amma belə yanaşmalar şiddətlərin, hətta cinayət hadisələrinin reallaşmasına şərait yaratmış olur. Psixoloji halları nizamsız olan şəxslərdə empatiya hissi olmur. Ona görə də başqalarının həyatı onlar üçün dərk olunmazdır. Valideynlər övladlarına başqalarının həyatına mane olmamağı və başqaları ilə yaşamağı öyrətməlidirlər. Bu tərbiyə bütün yaş və hal kateqoriyalarına aiddir”.
Psixi sağlamlığın təməli düşüncədir...
E.Rüstəmov qeyd edib ki, psixoloji halı nizamsız olan şəxslər ilk olaraq ən yaxınındakına zərər vurur: “Psixoloji halı nizamsız olan şəxsləri qınamaq olmaz. Qınanılan halda onlar nifrətə və cinayətə təhrik edilmiş olur. Onların nizamsız nitqlərinin və davranışlarının uyğunsuz olduğunu ilkin mərhələdə müşahidə etmək olur. İnsanları xəstəlikləri ilə, olduğu kimi qəbul etmək lazımdır. O zaman onlara dəstək vermək mümkündür. Hər şeyi adı ilə çağırmağı bacarmaq lazımdır. Buna görə insanlar bir-birini qınamamalıdır. Hansısa kiçik də olsa bir detalın şahidi olunduğu zaman, mütləq mütəxəssisə müraciət edilməlidir. Psixoloji halın nizamsızlığı düşüncədə metastaz verir. Psixi sağlamlığın təməli düşüncədir. Düşüncənin zədələnməsi şəxsin həyatının yox olmasıdır”.
Övladım dəli deyil ki, onu psixoloqa aparım
E.Rüstəmovun sözlərinə görə, valideynlərin çoxu övladının psixoloji dəstək almasını istəmir: “Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir. Onların düşüncəsində belə bir fikir yer alıb - mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım. Psixoloq sözündə “psix” sözü olduğu üçün düşünürlər ki, biz dəlilərlə çalışırıq. Amma psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Bir çox hallarda valideynlər özləri övladlarını davranış pozuntularına təhrik edirlər. Məsələn, uşaq ikən xırda kaprizlərinə göz yumurlar. Şüuraltı olaraq isə həmin uşaq böyüdükcə daha artıq narahatlıqlar yaratmağa başlayır. Sabahısı gün gedib kiminsə şüşəsini, qapısını qıracaq, kiminsə uşağını döyəcək və s. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik”.
Valideynlər məsuliyyətə cəlb oluna bilər
Hüquqşünas Nadir Məmmədov bildirib ki, psixoloji durumu yerində olmayan şəxs kiməsə şiddət göstərirsə və yaxud hansısa cinayəti törədirsə, heç bir halda cəzadan azad edilməsi üçün səbəb sayıla bilməz: “Həmin şəxs hansısa xoşagəlməz əməl törədərkən anlaqsız vəziyyətdə olubsa, ona bu şəraiti yaradan şəxslər də məsuliyyətə cəlb edilməlidirlər. Məsələn, psixoloji problemi olan şəxsin valideynləri, yaxud digər yaxınları zamanında lazım olan tədbirləri görmürlər. Övladlarını psixoloq yanına aparmırlar. Bəzi hallarda isə hətta övladlarının sağlam olduğuna dair sənəd əldə edirlər. Beləliklə, bu şəxslərin hər biri hansısa cinayətin törədilməsinə şərait yaradır. Belə halda təqsirkar şəxslərin dairəsi genişlənə bilər”.
Hüquqşünas qeyd edib ki, psixi durumu yerində olmayan şəxsin xəstəxanadan çıxarılmasına, müalicədən yayınmasına şərait yaradan həkimlər də məsuliyyət daşıyır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

