Novruzun ilk xəbərçisi!
27.02.2024 [11:00]
Bu gün Su çərşənbəsidir...
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Hələ qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Çərşənbələrin ardıcıllığı xalqımızın keçmiş mifik dünyagörüşündən qaynaqlanır. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Novruzqabağı qeyd olunan dörd çərşənbə mərasimlərin, ayinlərin zənginliyi ilə seçilir. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir
“Sular Novruzu”...
Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.
Həyata keçirilən mərasimlər...
İlk çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunurdu. Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox mətnlər mövcuddur. İnanırlar ki, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür.
Su çərşənbəsi ərəfəsində adətən hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir. Bu çərşənbə suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur. İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər.
Üzük falı...
Su çərşənbəsində qadınlar, qızlar su fallarına baxırlar. Həmin gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən su götürülür. Su şər qarışandan sonra gətirilir. Falda istifadə olunan suya “lal su” deyirlər. Bu suyu gətirməyə bir və ya bir neçə nəfər gedir. Suyu gətirən qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənədək danışmamalıdır. Əks halda həmin su ilə fal açmaq doğru sayılmır. Buna görə də həmin suya “lal su” deyirlər.
Üzüklə su falını icra etmək üçün bir fincan, nişan üzüyü və bir saç teli götürülür. Fincanın yarısınadək “lal su” tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirir, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qıza o yaşda gəlin gedəcəyini bildirirlər.
İynə ilə su falı üçün isə iynə, pambıq və kasa lazımdır. Kasaya “lal su” tökülür. İki iynənin ulduzlu tərəfinə bir az pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlanın adını deyib niyyət edirlər. İynələrin hərəsini bir tərəfdən ehmalca kasadakı suya salırlar. Əgər iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, sonunda bir-birinə yaxınlaşıb bitişirsə, niyyətin yerinə yetəcəyinə, adları çəkilən oğlanla qızın gələcəkdə qovuşacağına inanırlar. İynələr o tərəf-bu tərəfə hərəkət edir, bir-birinə yaxınlaşmırsa, onda bu niyyətin baş tutmayacağını söyləyirlər. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.
Su çərşənbəsində icra olunan başqa bir fal isə bəzək əşyaları ilə su falıdır. Bu fal üçün müxtəlif bəzək əşyaları və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını - üzüyünü, sırğasını, sancağını və ya qolbağını kasanın içinə atır. Kasanın üstünü kəlağayı və ya bir parça ilə örtürlər. Hamıdan böyük olan bir xanım bayatı söyləyə-söyləyə hər dəfə bəzək əşyalarından birini sudan çıxarır.
Göründüyü kimi, Novruzun əsas ünsürlərindən olan su çərşənbəsi xalqımızın adət-ənənələrində yaşayıb, nəsildən-nəslə miras kimi gəlib çatıb. Bu adət-ənənələri qorumaq və yaşatmaq hər birimizin üzərinə düşən öhdəlikdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

