Makron istefa verəcəkmi?
12.06.2024 [10:48]
Fransanın zamanında bütün dünya üçün yeni çağırışlar olan ənənələrinin və bəyan etdiyi insan haqları, bərabərlik, qardaşlıq kimi dəyərlərin öz əhəmiyyətini itirdiyinin şahidi oluruq. Prezident Emmanuel Makronun qurduğu hökumət Fransanın ənənələri və dəyərlərindən uzaq olan bir siyasət həyata keçirir. Bunun da nəticəsidir ki, hazırda bu ölkə tarixinin ən miskin dönəmini yaşayır və Yelisey Sarayı həm ölkə daxilində, həm də xaricdə nüfuzunu getdikcə itirir.
Çoxdan gözlənilən istefa xəbəri
Bu günlərdə Fransadan çoxdan gözlənilən xəbər gəldi. Söhbət prezident E.Makronun mümkün istefasından gedir. Onun komandası ilə parlament seçkilərində sağçılarının qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanının müzakirələrini apardığı bildirilir. Bu barədə “Avropa 1” (“Europe 1”) radiostansiyası mənbəyə istinadən məlumat yayıb. “Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, - deyə Makronun yaxın adamlarından birinin sözlərinə istinadla yayılan məlumatda vurğulanıb.
Xatırladaq ki, E.Makron Fransada ilk dəfə 2017-ci ilin may seçkilərinin qalibi olmaqla dövlət başçısı kürsüsünə əyləşib. O, həmçinin 2022-ci il aprel seçkilərinin qalibi olub. Fransanın 25-ci prezidenti seçilən E.Makron Yelisey Sarayına 40 yaşında sahiblənib və Fransanın tarixinə ən gənc dövlət başçısı kimi düşüb. Ancaq E.Makron ölkə hakimiyyətinə gənclik enerjisi və xüsusi bir dinamizm gətirə bilməyib. Məhz onun prezidentliyi dönəmində Fransanın daxili və xarici siyasətində uğursuzluq mərhələsi başlayıb. Prezident çox doğru olaraq hər bir ölkənin rəmzlərindən biri sayılır. E.Makron Fransanın necə rəmzidir ki, müxtəlif auditoriyalarda səsi batırılır, tez-tez yumurta atəşinə tutulur və s.
İflasa uğrayan siyasət və yaxud Makronun istefasını şərtləndirən amillər
E.Makronun hələlik ehtimal edilən, əslində isə Fransa üçün bir zərurətə çevrilən istefasını şərtləndirən çoxsaylı səbəblər sadalamaq mümkündür. Qeyd edək ki, E.Makronun prezidentlik vəzifəsindən istefası xəbəri onun rəhbərlik etdiyi partiyanın bu günlərdə Avropa Parlamentinə (AP) baş tutan seçkilərdə məğlubiyyətə uğraması fonunda gündəmə gəlib. Məlumdur ki, Avropa İttifaqının (Aİ) ali qanunverici orqanına seçkilərdə sağ mərkəzçi qrup səs çoxluğu qazanıb. 2024-2029-cu illər çağırışı üzrə AP-ə seçkilər qurumun üzvü olan bütün ölkələrdə baş tutub. Seçkilərin nəticələrinə görə, AP-də sağ-mərkəzçi qrup olan Avropa Xalq Partiyası (AXP - EPP) Aİ üzvü olan 27 ölkədə üstün olub və 720 yerdən 191-ni qazanıb. İkinci yerdə 135 mandat əldə edən, bir qədər zəifləmiş sol-mərkəzçi qrup, 83 mandatla geriləyən “Yenilənmə” liberal qrupu isə üçüncü yerdə gəlir. Daha 95 yeri fraksiyalara daxil olmayan, müstəqil deputatlar tutacaqlar.
Fransada Marin Le Penin sədri olduğu “Milli Birlik” Partiyasından Cordan Bardelanın başçılıq etdiyi namizədlər seçkilərdə mütləq qələbə qazanıblar. “IPSOS”-un keçirdiyi sorğunun nəticələrinə görə, AP-yə seçkilərdə fransızların 45,26 faizi iştirak edib. AP-ya seçkilərin nəticələri ilk növbədə onun sübutudur ki, Fransada E.Makrona etimad çox zəifdir və onun siyasəti iflasa uğrayıb.
Diqqətçəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Yelisey Sarayının Makronun rəhbərliyi ilə apardığı siyasət həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda davamlı etirazlarla qarşılanır. Cari ilin əvvəlindən bəri Fransada ciddi hökumət böhranı yaşanır. Baş nazir və hökumətin ayrı-ayrı üzvləri vəzifələrindən kənarlaşdırılıb. Onların yerini tutanlar da hər hansı bir uğura imza ata bilməyiblər. Hökumət böhranını yaradan isə Yelisey Srayının siyasətidir. Fransa mətbuatında yer alan məlumatlardan aydın olur ki, hökumət böhranı ilk növbədə Makron iqtidarının apardığı qeyri-ardıcıl və səriştəsiz siyasətə görə yaşanır. Bir müddət bundan əvvəl E.Makronun yeni pensiya islahatı təşəbbüsü bütün ölkəni tətillər dalğasına bürümüşdü. Həmkarlar ittifaqları təşkilatları Fransanın hər yerində tətilə qoşulanlara dəstək verirdi. Son vaxtlarda isə Fransada Makron hökumətinin “sahibkarların xərc yükünün artırılması” siyasətinə qarşı daxili etirazların geniş dalğası başlayıb. Ayrı-ayrı əyalətlərdə fermerlər hökumət əleyhinə müxtəlif aksiyalar keçirirlər. Ölkəni bürüyən “peyin inqilabı” Fransanın imicinə ciddi zərbə vurub. Bu günlərdə Yelisey Sarayı üçün növbəti bəd xəbər “Standard & Poor’s” reytinq agentliyindən gəlib. Qurum mayın 31-də yaydığı son hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb...
Eyni zamanda, Makron hakimiyyəti dönəmində keçmiş və hazırkı müstəmləkə ölkələrində Fransaya qarşı etirazların daha güclü dalğası start götürüb. Getdikcə daha çox ölkədə Fransanın rəmzlərinə hörmətsizlik göstərilir, “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Son olaraq Makron hökumətinin Yeni Kaledoniyada həyata keçirmək istədiyi konstitusiya “islahatları” ciddi etirazlarla qarşılanıb. Bundan başqa, Əlcəzair Fransadan zamanında oğurladığı tarixi-mədəni sərvətləri geri qaytarmağı tələb edir. Həmçinin ayrı-ayrı keçmiş müstəmləkə ölkələri Makron hökumətinin qarşısında təzminat ödənilməsi tələblərini qoyublar. Sual olunur: Belə yarıtmaz siyasət müqabilində Makronun Yelisey Sarayına sahiblənmək haqqı çatırmı?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

