/ / Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçiriblər
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçiriblər
25.06.2014 [10:19]
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Belçikaya səfər çərçivəsində iyunun 23-də Namur şəhər bələdiyyə idarəsinin ərazi abadlaşdırma, mənzil, mədəni irs və enerji üzrə baş direktoru Kristina Geron ilə görüşüblər.
Baş direktor nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Görüşdə şəhərsalma üzrə mütəxəssislər - Kristian Bastən və xanım Fabien Tone ölkədə mədəni irs və enerji sahələri üzrə həyata keçirilən layihələrdən və Valoniya regionunun inkişaf perspektivlərindən bəhs ediblər.
Namur vilayətinin qubernatoru Deni Matən ilə keçirilən görüşdə qubernator iki ölkə nümayəndələri arasında müxtəlif vaxtlarda reallaşdırılmış qarşılıqlı səfərləri xatırladıb və belə görüşlərin ölkələr arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təmsil etdiyi regionun tarixi barədə qonaqlara məlumat verib.
Görüşdə Şərq ilə Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycanın coğrafi mövqeyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev ölkəmizin tarixi keçmişindən bəhs edib və 1918-ci ildə Şərq dünyasında ilk parlamentli respublikanın məhz Azərbaycanda qurulduğunu vurğulayıb.
Görüşdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.
Luven Katolik Universitetində keçirilən görüşdə isə bu ali təhsil ocağının şəhərsalma üzrə müəllimi İv Anin 20 min tələbəsi olan ali məktəbin tarixi, şəhərsalma texnologiyası və yeni salınan elm parkı barədə qonaqlara məlumat verib.
Sonda azərbaycanlı qonaqlar yeni salınan elm parkı ilə yaxından tanış olublar.
İcra hakimiyyəti başçılarının Belçikada işgüzar görüşləri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19

