Bakı Forumu dünyanın ən nüfuzlu platformaları sırasındadır
06.05.2024 [10:32]
Ölkəmizdə olan sabitlik imkan verir ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan tədbirlərə ev sahibliyi etsin
2008-ci ildə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” ilə başlayan “Bakı Prosesi” Prezident İlham Əliyevin dəstəyi ilə qlobal hərəkata çevrilməyə başladı. İlk dəfə dövlətimizin başçısı 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini elan etdi.
1-3 may 2024-cü il tarixində isə 4 beynəlxalq təşkilatın tərəfdaşlığı, 100-dən artıq ölkədən 700-dən çox qonağın iştirakı ilə 4 konfrans, 4 plenar və 12 paneldən ibarət “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyərək rəsmi Bakının dünyada haqq və ədalətin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.
Bakı bir sıra beynəlxalq təşkilatların forumlarının, konfranslarının və digər tədbirlərinin keçirilməsinin həm təşəbbüsçüsüdür, həm də mərkəzinə çevrilib. Hazırda bütün dünyada Azərbaycanla hesablaşırlar. Bu da ölkəmizin nüfuzunun, reytinqinin qalxması və regionda kifayət qədər güclü bir dövlətə çevrilməsi deməkdir. Dünya birliyi Azərbaycanın maraqlarına hörmətlə yanaşır. Paytaxtımızda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bunun bariz sübutudur. Artıq Bakı Forumu geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir tədbirə çevrilib.
Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda Azərbaycan iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyir. İqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin dünya birliyi naminə həmrəylik və qarşılıqlı etimad lazımdır.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda mütəmadi olaraq keçirilən tədbirlərdən biridir. Məlumdur ki, ölkəmiz son 20 ildə təkcə siyasi sahədə deyil, iqtisadiyyat, mədəniyyət və sosial sahələrdə də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ümumiyyətlə, bu tip tədbirlərin hansı ölkədə keçirilməsinə qərar verilərkən oradakı siyasi-iqtisadi sabitlik əsas götürülür. Ölkəmizdə olan sabitlik imkan verir ki, Azərbaycan dünya üçün əhəmiyyətli olan tədbirlərə ev sahibliyi etsin. Bütün dünya ölkələrinin təmsilçiləri Bakı Forumunda iştirak etməkdə maraqlıdır. Dünyanın nüfuzlu siyasi xadimləri, rəsmi şəxslər VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdilər. Forumun panellərində müzakirəyə çıxarılan bütün məsələlər dünya üçün olduqca aktualdır. Bu Forumun Bakıda keçirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda, ölkəmizdə mövcud olan tolerant dəyərlərin dünyaya aşılanması baxımından böyük əhəmiyyət kəsb edir. Paytaxtımızda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha məhsuldar və pozitiv məqamlarla yadda qaldı.
Əsrlər boyu tolerant dəyərlər diyarı olan Azərbaycan din, dil və etnik mənsubiyyət fərqi olmadan bütün xalqların xoşbəxt yaşadığı ölkə olub. Bakı Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı mühüm məsələlərə dair dialoqlar, fikir mübadilələri aparmaq üçün nüfuzlu elmi-siyasi platformadır. Artıq altıncı dəfə keçirilən Forum gözəl ənənəyə çevrilib. Forum çərçivəsində aparılan müzakirələr humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı cəmiyyət formalaşıb, müstəqillik illərində bu müsbət meyillər daha da güclənib. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətimiz humanitar sahəyə hər zaman öz töhfəsini verib və bu sahədə səylərini bundan sonra da davam etdirəcək.
İndiyədək ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq forumlarında kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Budəfəki Forumda da həmin ənənə davam etdirilib. Onlar Azərbaycanın timsalında inkişafı, təhlükəsizliyi təmin etmək, insana qayğı göstərmək təcrübəsini də görürlər. Eyni zamanda, Azərbaycanla əməkdaşlığın bütün dünya üçün açıq olmasını, bu kiçik bir ölkənin dünyanın daha yaxşı olmasına öz töhfəsini verməsini də müşahidə edirlər. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olur. Onun düşünülmüş daxili və xarici siyasəti Azərbaycanın problemlərinin həll edilməsinə, dünyaya inteqrasiya edilərək daha yüksək nüfuz qazanmasına səbəb olur. Dövlət başçımızın təşəbbüsü ilə keçirilən Bakı Forumu bu gün dünya siyasətinin çox vacib gündəliyindən birinə çevrilib.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10

