Yaşıl dünyaya apran yol
30.05.2024 [13:06]
Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Bu missiya qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bütün səylərin birləşdirilməsi, həmrəylik və dialoqdur. Bu baxımdan COP29 kimi beynəlxalq tədbirin bu ilin payızında Bakıda keçiriləcəyi böyük əhəmiyyət kəsb edir. Mövzunun həssaslığı istər-istəməz dünyanın baxışlarının Bakıya yönəlməsinə səbəb olmuşdur.
Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə “Euronews” telekanalı müxbirinin sualları da bu qəbildən olmuşdur. Telekanala müsahibə verən ölkə başçısı ilk növbədə beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəyə malik olduğumuz bildirərək qeyd etmişdir ki, 4 il ərzində Qoşulmamam Hərəkataı kimi mühüm beynəlxalq təşkilata sədrlik etmək ölkəmizə bu imkanı verir. Berlində keçirilən konfransı COP29-a aparan yolun başlanğıcı olduğunu bildirən cənab İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə. Sıx əməkdaşlıq etdiyini və üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını və qəbul edildiyini diqqətə çatdırmışdır.
Ölkəmizdə keçiriləcək COP29-da qlobal əhəmiyyətli məsələlər müzakirə olunacağını xatırladan cənab İlham Əliyev demişdir: “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.”
İlk növbədə problemin həlli üçün maliyyələşmə mənbələrinin tapılmasının vacibliyini qeyd edən cənab İlham əliyev bunun üçün həmrəyliyin təmin edilməsinin vacibliyini vurğulamışdır: “COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
Ölkəmizin başçısı COP29-dan gözləntinin də dünya və bəşəriyyət üçün çox mühüm olan yaşıl dünya yaratmağın olduğunu bldirərərək demişdir: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.”
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

