Milli azadlıq hərəkatının zirvəsi
17.01.2025 [15:21]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycan xalqına qarşı XX əsrdə törədilmiş ən qanlı cinayətlərdən biri olan 20 Yanvar faciəsindən otuz beş il keçir. Düz otuz beş il bundan öncə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla müşayiət olunan hücum əməlyyatı keçirərək Bakını işğal etdilər. Keçmiş sovet imperiyasının ermənipərəst rəhbərliyi tərəfindən, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət eyni zamanda da xalqımızın öz ləyaqətini qorumaq və müstəqillik arzusunu həyata keçirmək üçün hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın tarixinə Qanlı Yanvar adı ilə həkk olunmuş 20 Yanvar faciəsi xalqımızın müstəqil dövlət quruculuğu yolunda yeni və həlledici mərhələnin başlanğıc nöqtəsi oldu.
Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın paytaxtına və bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında yerləşdirilmişdilər. Bununla belə, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə qoruyub saxlamaq cəhdi də boşa çıxmış oldu.
Etiraf olunmalıdır ki, xalqın o ağrılı-acılı günlərində Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olunurdu. Bu fakt yaşanan faciəni daha da ağırlaşdırır, yaranmış vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkən xalqın iztirablarını artırırdı. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri faciə ilə bağlı əsl həqiqətləri dilə gətirməyə, bu ağır cinayəti törədənləri ittiham etməyə özündə cəsarət tapmadı. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən qüvvələrin iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Yalnız Ulu Öndər Heydər Əliyev, hətta Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq-aşkar təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürdü. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Bu bəyanatın birbaşa Moskvada, imperiyanın mərkəzində səsləndirilməsi isə, onun siyasi əhəmiyyətini daha da artırmış oldu.
1990-cı ilin noyabr ayının 21-də isə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin problemlərinin həlli məsələsi Azərbaycanda hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Artıq uzun müddətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən möhtərəm dövlət başçımız 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir. Hər il yanvarın 20-də saat 12:00-da milli həmrəyliyimizin ən böyük təzahürlərindən biri kimi, Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı müjdəni vermək üçün məhz Şəhidlər Xiyabanını məkan olaraq seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın daha bir təzahürüdür.
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

