Ermənistanın “sülh" anlayışı ortadadır
17.03.2025 [15:01]
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Prezident İlham Əliyevin “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxışında deyildiyi kimi, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı. Biz İşğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq.
Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, onların hər hansı bir sözünə inanmırıq.
Bizim mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52

