Regional sabitliyi təmin edən qarşılıqlı münasibətlər
18.04.2025 [19:24]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Bu gün Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında mühüm amillərdən biri olmaqla yanaşı, eyni zamanda da bütün Avrasiya məkanında daha böyük coğrafiyanı əhatə edən bir çox ölkələrin maraqlarına xidmət edən siyasi-iqtisadi faktor kimi çıxış edir. Məhz bu baxımdan ölkələrimiz arasında əlaqələrin Azərbaycan və gürcü xalqları arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə qurulmasında Azərbaycan və Gürcastan rəhbərlərinin şəxsi səyləri müstəsna rol oynayır. Bu fakt öz əksini Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etməsində də tapır. Aprelin 16-da Prezident Kavelaşvilinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın və Gürcüstanın dövlət başçılarının mətbuata birgə bəyanatla etdikləri çıxışlarında da bu mühüm məqam xüsusi qeyd olunmuşdur.
Cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu səfər bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir və Azərbaycanda çox yüksək qiymətləndirilir. Ölkələrimiz arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, kifayət qədər fəal siyasi dialoq mövcuddur.
Artıq qeyd olunduğu kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri, nəqliyyat və kommunikasiya layihələri çox böyük coğrafiya üçün önəmlidir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan və Gürcüstanın iştirakı olmadan mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
Etiraf olunmalıdır ki, bu gün Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına həm Gürcüstan, həm də Azərbaycan öz töhfələrini verirlər. Əlbəttə ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış çox mühüm bir addım da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olacaq. Öz bəyanatında Gürcüstan Prezidenti də ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və bu, regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.
Bütün bunlar Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da yüksək dinamika ilə inkişaf etməsi üçün möhkəm zəmin olduğunu deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

