9 oktyabr Azərbaycan xalqının növbəti zəfər günü olacaq
21.09.2013 [10:07]
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin paytaxtın Nərimanov rayonu üzrə Seçki Qərargahı rayon ərazisində seçicilərlə növbəti görüşünü keçirib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Nərimanov rayonu üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Həsənoğlu 2 ünvanında seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən danışan təşkilat sədri qeyd edib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. “Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırkı seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilməkdədir”, - deyə T.Tağıyev qeyd edib.
Onun sözlərinə görə, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və insanlar növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər. “Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir”, - deyən təşkilat sədri əlavə edib ki, Azərbaycan xalqı YAP-ın Sədri İlham Əliyevə dərin inam və etimad bəsləyir və qarşıdan gələn seçkilərdə fəal iştirak edərək məhz Onun namizədliyini dəstəkləyəcək. Natiq xüsusi olaraq qeyd edib ki, daxili və xarici siyasətdə əldə edilən möhtəşəm uğurların nəticəsi kimi, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə böyük inam bəsləyir: “Biz cənab Prezident İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına əminik. Növbəti prezident seçkiləri də xalqın ali iradəsini əks etdirəcək və Yeni Azərbaycan Partiyasının möhtəşəm zəfəri ilə nəticələnəcək”.
Tədbirdə çıxış edən “Odlar Yurdu” Universitetinin prorektoru Samir Vəliyev isə bildirib ki, 21 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib: “Cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət göstərir”.
S.Vəliyev əmin olduğunu bildirib ki, əldə edilən bütün bu nailiyyətlərin fonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev qarşıdan gələn prezident seçkilərində möhtəşəm qələbə qazanacaq: “Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha cənab İlham Əliyevi özünün Prezidenti kimi görmək istəyəcək”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir.
Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada da mövqeyinin gücləndiyini deyən A.Əliyevin sözlərinə görə, Azərbaycanın inkişafını istəməyən qüvvələr olsa da, dövlət başçımızın qətiyyətli mövqeyi, siyasi iradəsi sayəsində belə qüvvələr zərərsizləşdirilir. “Prezident İlham Əliyevin fəaliyyətində milli maraqlar ən başlıca yer tutur. Bu gün dövlət başçısının siyasəti nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, mədəniyyət, elm, idman sahəsi yüksəlişdədir. Bu siyasətin davamlı olması üçün biz növbəti seçkilərdə də cənab İlham Əliyevə səs verməliyik. İnanıram ki, belə də olacaq”, - deyə millət vəkili vurğulayıb.
Görüşdə çıxış edən seçicilər birmənalı şəkildə qeyd ediblər ki, onların seçimi Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev olacaqdır.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34

