Şuşalı gənclərin seçimi cənab İlham Əliyevdir
25.09.2013 [10:18]
YAP Şuşa rayon təşkilatı şuşalı gənclər ilə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı şuşalı gənclərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının fəal üzvü, Əməkdar müəllim Rəfail Məmmədov Prezident İlham Əliyevin son 10 ildə Azərbaycan xalqı və Azərbaycan dövləti üçün gördüyü böyük işlər barədə danışıb. Natiq gənclərimizi Prezident seçkilərində fəal olmağa səsləyib.
R.Məmmədov, eyni zamanda, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əldə olunmuş nailiyyətləri sadalayaraq deyib ki, Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub: “Bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, ümumdaxili məhsul durmadan artır, iqtisadi inkişaf sürətlənir, dövlətimizin mövqeyi möhkəmlənir. Azərbaycan xalqının öz Prezidentinə dəstəyi bu uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən cənab İlham Əliyevə səs verəcəyik, uğurların davamını təmin edəcəyik”.
Gənclər adından çıxış edən Xəyalə Əliyeva bildirib ki, bu gün dövlət rəhbəri tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir. Bu daha çox özünü təhsilin inkişafında göstərir: “Son 10 il ərzində ölkənin bütün rayonlarında təhsil müəssisələri inşa edilib və təmir olunub. Gənclərin xaricdə təhsil alması üçün Dövlət proqramı təsdiq olunub və bu proqram çərçivəsində azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Bu amil insan kapitalının güclənməsinə, inkişafına çox mühüm təsir göstərəcək. Mən əminəm ki, Şuşa gənclərinin seçimi Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev olacaq. İnanıram ki, nəinki Şuşa gəncləri, bütün Azərbaycan gəncləri öz Prezidentinə-cənab İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən rayon ziyalılarından Səməd Həsənov, Qabil Dadaşov, Maral Cəbiyeva, Fazil Cəbiyev bildiriblər ki, oktyabrın 9-da hər bir vətəndaş seçki məntəqəsinə getməli, öz gələcəyinə səs verməlidir: “Bu zaman isə nəzərə almalıdır ki, seçdiyi, səs verdiyi şəxs Azərbaycana nə verə bilər. Tarix ən yaxşı təcrübədir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verməklə, bu siyasəti müdafiə etməklə daim doğru qərarlar qəbul etdiyini göstərib. 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək. Çünki bu siyasət bütün qapıların açarı, bütün problemlərin həllidir”.
Tədbirin sonunda incəsənət xadimləri tərəfindən vətənpərvərliyə həsr edilən mahnılar səsləndirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

