Abşeronluların seçimi – İlham Əliyev!
03.10.2013 [10:32]
Rayonun bütün seçiciləri kimi Hökməli sakinləri də YAP-ın namizədinə səs verəcəklər
9 oktyabrda keçiriləcək prezident seçkiləri çərçivəsində təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində seçicilərlə görüş keçirilib. Görüşü giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev oktyabrın 9-da növbəti prezident seçkilərinin keçiriləcəyini deyib: “Bildiyiniz kimi, sentyabrın 16-da namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bu baxımdan da biz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərlə görüşlər keçiririk. Hamımıza məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi sual altında idi, dövlətçiliyimiz uçurum kənarına atılmışdı. Amma 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyev xalqın dəvətilə hakimiyyətə gəldikdən sonra bütün təhlükələr, maneələr aradan qaldırıldı. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edir. Son 10 il ərzində ölkədə yeni-yeni iş yerləri açılıb. Məhz bütün bu uğurların, nailiyyətlərin əsas səbəbkarı İlham Əliyevdir”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov Hökməli qəsəbəsinin tarixindən söz açaraq bildirib ki, bu gün qəsəbə daha da gözəlləşib, müasirləşib: “Mən tez-tez bu yolları gedib-gələndə qəsəbənin nə dərəcədə inkişaf etdiyinin şahidi oluram. Yeni məktəb, xəstəxana, idman kompleksi tikilib istifadəyə verilib. Bu qədər inkişaf, tərəqqi kimin əməyinin bəhrəsidir? Əlbəttə ki, Prezident İlham Əliyevin”.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib ki, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən xalqa verdiyi bütün vədlərə tam əməl edib: “Bu gün ölkədə bir milyondan artıq iş yeri açılıb, yoxsulluğun səviyyəsi minimuma enib. Bu o deməkdir ki, artıq Azərbaycanda orta təbəqə formalaşır. Prezident İlham Əliyev söz vermişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Budur, bütün çadır şəhərcikləri ləğv edilərək, yeni-yeni qəsəbələr salınıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir. Bölgələrdə açılan yeni müəssisələr hesabına ölkədə ÜDM dəfələrlə artıb. Bütün bu uğurlar məhz Azərbaycan xalqının namizədi, Prezident İlham Əliyevin fəaliyyətinin nəticələridir”.
Daha sonra çıxış edən qəsəbə sakinləri Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirib və insanları YAP-ın namizədinə səs verməyə çağırıblar.
ZAHİD
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

