8 Noyabr – Milli birliyinin simvolu
05.11.2025 [15:04]
8 Noyabr — Azərbaycan xalqının ən qürurlu, ən şərəfli tarixini əks etdirən gündür. 2020-ci ilin bu tarixi günündə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında olan torpaqlarımızı azad etmiş, xalqımıza Böyük Zəfəri bəxş etmişdir. Bu qələbə yalnız hərbi deyil, həm də mənəvi və siyasi Zəfər kimi tarixə düşdü.
Zəfər Günü xalqımızın azadlıq və suverenlik iradəsinin, milli həmrəyliyinin və dövlətimizin gücünün parlaq təntənəsidir. 44 günlük Vətən müharibəsində göstərilən igidlik, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı bu torpaqlarda ədaləti bərpa etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə qazanılan bu qələbə xalqımızın birliyini daha da möhkəmləndirdi, “Qarabağ Azərbaycandır!” şüarını əbədi bir həqiqətə çevirdi.
Zəfərin əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər həyata keçirilir. Paytaxt Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı bu qələbənin canlı simvoluna çevrilib. Parkda düşməndən ələ keçirilmiş texnika, hərbi vasitələr, eləcə də Vətən müharibəsinin gedişini əks etdirən guşələr xalqımıza və gələcək nəsillərə Zəfər tarixini xatırladır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Yeni şəhər və kəndlər salınır, müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, hava limanları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, bərpa prosesini şəxsən nəzarətdə saxlayırlar.
Bu gün artıq Zəngilan, Laçın, Füzuli, Ağalı kimi yaşayış məntəqələrinə ilk sakinlərin qayıdışı başlayıb. Bu, təkcə azad edilmiş torpaqlara dönüş deyil, həm də xalqın tarixə, köklərinə, milli kimliyinə dönüşüdür. Qarabağda yenidən həyat qaynayır, üçrəngli Azərbaycan bayrağı hər yerdə qürurla dalğalanır.
Eyni zamanda, şəhid ailələri və müharibə iştirakçıları – qazilər dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara xüsusi diqqət və hörmət göstərirlər. Onların sosial rifahının yüksəldilməsi, mənzil və avtomobillərlə təmin olunması, reabilitasiya və sağlamlıq proqramlarının həyata keçirilməsi, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə mənəvi və maddi dəstəyin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, dövlətimizin şəhidlərimizin ruhuna və qazilərimizin qəhrəmanlığına olan ehtiramının bariz nümunəsidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur, vətənpərvərlik və milli birliyinin simvoludur. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anır, onların göstərdiyi qəhrəmanlığın əbədiliyinə inanırıq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

