Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyində misilsiz xidməti
12.12.2025 [17:44]
Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar xatirəsi anılır. Tarixi faktlar göstərir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi xalqın taleyində əvəzsiz rol oynayır. Heydər Əliyev Azərbaycanın müasir dövlətçiliyinin banisi kimi xalqın qəlbində daim yaşayır.
Heydər Əliyevin fəaliyyəti yalnız siyasi hakimiyyətlə məhdudlaşmamış, o, Azərbaycan xalqının milli-mədəni irsini qoruyub, ölkənin sosial-iqtisadi inkişafını təmin etmişdir. 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk gündən Ümummilli Lider xalqın enerjisini, milli müstəqillik duyğularını reallaşdırmaq üçün böyük işlər görmüşdür. O, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevirmişdir.
Ulu Öndər rəhbərliyində Azərbaycanda yüzlərlə yeni müəssisə və istehsalat sahələri yaradılmış, elektronika, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi inkişaf etmişdir. Bu dövrdə ölkədə iqtisadi tərəqqi ilə yanaşı, sosial sabitlik və milli həmrəylik də təmin edilmişdir. Heydər Əliyev yalnız iqtisadi deyil, həm də siyasi sahədə uğurlu fəaliyyət göstərmişdir. Onun müdrik siyasəti xalqın dövlətçiliyə olan etibarını artırmış, ölkədə ictimai-siyasi stabilliyi möhkəmləndirmişdir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqının xilaskarı missiyasını həyata keçirdi. 1993-cü ilin iyun ayında xalq onu yenidən ölkəni idarə etməyə çağırdı. O, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, ictimai-siyasi sabitliyi təmin etdi və itirilməkdə olan dövlət müstəqilliyini qorudu. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın beynəlxalq imici bərpa edildi, iqtisadi inkişaf üçün mühüm baza yaradıldı.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeyini möhkəmləndirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasına yeni bir mərhələ açdı. 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi ölkədə hüquqi islahatların bariz nümunəsi oldu. Ümummilli Liderin siyasi fəaliyyətinin mərkəzində azadlıq, demokratiya, iqtisadi tərəqqi və sosial ədalət dayanırdı.
Heydər Əliyev yalnız ölkənin daxili siyasətində deyil, həm də xarici siyasətdə Azərbaycanın milli maraqlarını qoruyub. Onun həyata keçirdiyi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional güc və sürətlə inkişaf edən ölkə kimi tanınır.
Ulu Öndərin ideyaları və siyasəti Azərbaycan xalqının tarixi qürur mənbəyinə çevrilmişdir. Onun yaratdığı dövlətçilik ənənələri və prinsipial siyasət Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir. Bu gün Azərbaycan xalqı öz dövlətinin güclü və etibarlı əllərdə olduğunu görür.
Dekabrın 12-si həm də Ulu Öndərin ölməz ideyalarının, dahi şəxsiyyətinin və dövlətçilik yolunun xatirəsini yad etmə günüdür. Onun siyasəti, xalqına olan sevgisi və Vətən uğrunda yorulmaz fəaliyyəti gələcək nəsillərə örnək olaraq qalacaq.
Zaman Novruzov,
D.Əliyeva küçəsi 230 üzrə (“Azərbaycan Dəmir Yolları” QSC) ərazi partiya təşkilatının sədri, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

