Azərbaycanın strateji xətti dünyaya nümunədir
06.05.2026 [18:07]
4 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi Zirvəsi”nin 8-ci toplantısında videobağlantı vasitəsilə səsləndirilən çıxış yalnız diplomatik bəyanat deyildi. Bu, Azərbaycanın gələcəyə baxışını, sülh strategiyasını və prinsipial mövqeyini açıq şəkildə nümayiş etdirir. Uzun illər qarşıdurma şəraitində yaşamış iki ölkə arasındakı münasibətlər yeni mərhələyə, qarşılıqlı əməkdaşlığa qədəm qoyur.
Tarix göstərir ki, müharibədə qalib gələn tərəflər adətən öz şərtlərini diktə etməyə çalışır. Lakin Azərbaycan bu stereotipi qırdı. Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas mesajlardan biri məhz bu idi ki, qalib olmasına baxmayaraq, Azərbaycan qarşı tərəfə əməkdaşlıq və birgə inkişaf təklif edib.
Bu yanaşma humanism ilə yanaşı uzaqgörən dövlətçilik strategiyasıdır. Artıq doqquz aydır regionda nisbi sabitliyin qorunması, dialoqun davam etməsi və praktiki addımların atılması sübut edir ki, seçilmiş yol real nəticələr verir. Dövlət başçısının vurğuladığı kimi, bu Azərbaycan və Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.
Xüsusilə Ağ Evdə imzalanmış və Donald Trampın şahidliyi ilə təsdiqlənmiş birgə bəyannamə bu prosesdə dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənəd tərəflər arasında etimadın formalaşmasına mühüm təkan verdi.
Siyasi razılaşmalar nə qədər vacibdirsə, iqtisadi əlaqələr də bir o qədər həlledicidir. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana 12 min ton neft məhsulu ixrac etməsi artıq yeni mərhələnin başlanğıcını göstərir. Ümumiyyətlə, indiyə qədər Azərbaycan Ermənistana ərazisi vasitəsilə 28 min ton yük çatdırıb.
Uzun illər qarşıdurma şəraitində yaşamış iki ölkə üçün bu, sadəcə ticarət deyil - bu, etimadın praktiki formasıdır. Enerji əməkdaşlığı isə regionda sabitliyin əsas sütunlarından birinə çevrilə bilər.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlarından biri də Avropa Parlamenti ilə bağlı səsləndirilən tənqidi fikirlər idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, tez-tez qərəzli və birtərəfli qərarlarla çıxış edir. Avropa Parlamenti və Avropa Şurası Parlamenti Assambleyası Ermənistan və Azərbaycanın sülh prosesində ikili standartları nümayiş etdirir.
Qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycanın mövqeyini əks etdirmir. Ölkə başçısının qeyd etdiyi kimi, bu yanaşmanın əsas səbəbi Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsidir.
Azərbaycan isə bu cür təzyiqlərə qarşı ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Milli Məclis tərəfindən qəbul edilən son qərarlar da bunu bir daha təsdiqləyir. Bu addımlar ölkənin suveren hüquqlarını qorumağa və milli maraqları müdafiə etməyə yönəlib.
Azərbaycanın xarici siyasəti bu gün balanslı, müstəqil və qətiyyətli xətt üzərində uğurla inkişaf edir. Ölkə heç bir xarici təsir qarşısında geri çəkilmir və eyni zamanda regionda əməkdaşlıq üçün açıq platforma yaradır.
Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, qlobal səviyyədə də diqqətəlayiq modeldir. Bu model sülhə açıq olmaq, əməkdaşlığı təşviq etmək, milli maraqları qətiyyətlə qorumaq, prinsipləri üzərində qurulub.
Məhz bu tarazlıq Azərbaycanın həm regionda sabitliyin təminatçısına, həm də beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilməsini təmin edir.
Azərbaycan bu gün yalnız qalib ölkə deyil — həm də sülhü seçən, gələcəyi düşünən və beynəlxalq münasibətlərdə yeni yanaşma formalaşdıran dövlətdir. Bu yanaşma isə getdikcə daha çox ölkə üçün nümunəyə çevrilir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarlarının şərhləri bunu aydın şəkildə göstərir.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

