Tovuzda 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər
25.05.2026 [23:42]
Tovuzda 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
İlk olaraq Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş Tempo turniri keçirilib. Ümumilikdə turnirdə III qrup üzrə 68 uşaq və yeniyetmə iştirak etmiş, yarışın yekununda 12 nəfər qalib elan olunmuşdur.
Daha sonra “28 May – Müstəqillik Günü xalqımızın milli qürur və birliyinin simvoludur” mövzusunda konfrans təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova və Tovuz Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Fariz Bayramov, partiya fəalları, ictimaiyyət nümayəndələri və tələbə gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tarixində mühüm və dönüş yaradan mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaradılması xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Nihad Pənahov həmçinin Cümhuriyyət dövründə dövlət rəmzlərinin qəbul olunması, milli ordunun formalaşdırılması və demokratik institutların yaradılmasının bu günkü müstəqil Azərbaycanın ideoloji əsaslarını təşkil etdiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının tarixi nailiyyət olduğunu qeyd edib.
Çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova bildirib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq və dövlətçilik iradəsini ifadə edən mühüm tarixi gündür. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti dövründə milli dövlətçilik ənənələrinin formalaşmasına və milli birlik ideyasının möhkəmlənməsinə mühüm töhfə verib. Təranə Bayramova vurğulayıb ki, müstəqilliyin qorunması bu gün də vətəndaş həmrəyliyi və milli birlik üzərində dayanır, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti müstəqil Azərbaycanın möhkəmlənməsində həlledici rol oynayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmiz güclü və qalib dövlətə çevrilib.
Digər çıxış edənlər Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova və Tovuz Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Fariz Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, bu hadisə milli dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, maarifçilik siyasəti, ana dilinin dövlət dili elan olunması, təhsil sisteminin formalaşdırılması və milli kadr hazırlığı istiqamətində atılan addımlarla müasir təhsil sisteminin əsaslarını formalaşdırıb. Eyni zamanda qeyd olunub ki, müstəqillikdən güclü dövlətə gedən yol məhz Cümhuriyyət ideyaları üzərində qurulmuş və bu ideyalar müasir Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, müstəqillik dəyərlərinin qorunması və inkişafında gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Milli ruhda yetişən, savadlı və vətənpərvər gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısı kimi dəyərləndirilir. Çıxışlarda həmçinin ölkədə təhsil sahəsində aparılan islahatların və dövlət dəstəyinin bu tarixi ənənələrin davam etdirilməsinə xidmət etdiyi vurğulanıb.
Sonda videoçarx nümayiş olunub, 28 May – Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə Tempo turnirinin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur. Xatirə şəkilləri çəkilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

