“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb
22.08.2026 [18:27]
“Azərişıq” ASC-nin təşkil etdiyi “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Gəncədə keçirilib. Yarışda Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 9 komanda iştirak edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 110/35/10 kV-luq “Yeni Gəncə” elektrik yarımstansiyasının ərazisində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Ağstafa EŞ”, “Daşkəsən EŞ”, “Gədəbəy EŞ”, “Gəncə EŞ”, “Göygöl EŞ”, “Qazax EŞ”, “Samux EŞ”, “Şəmkir EŞ”, “Tovuz EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən “Qazax EŞ” regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55

