/ / Mətbuat cəmiyyətin aynası, ictimai fikrin formalaşmasında mühüm vasitə, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsüdür
Mətbuat cəmiyyətin aynası, ictimai fikrin formalaşmasında mühüm vasitə, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsüdür
20.07.2026 [22:54]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Hər bir xalqın inkişaf tarixində onun milli mətbuatı xüsusi yer tutur. Mətbuat cəmiyyətin aynası, ictimai fikrin formalaşmasında mühüm vasitə, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsüdür. Azərbaycanda hər il 22 iyul tarixinin Milli Mətbuat Günü kimi qeyd olunması da milli jurnalistikamızın zəngin tarixinə, maarifçilik ənənələrinə və söz azadlığının inkişafına verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” cəmi iki il fəaliyyət göstərsə də, xalqın maariflənməsi, elm və təhsilin təbliği, milli özünüdərkin formalaşdırılması və ana dilinin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Bu qəzet Azərbaycan mətbuatının bünövrəsini qoyaraq sonrakı nəsil jurnalistlər üçün peşəkarlıq məktəbinə çevrilmişdir. Azərbaycan mətbuatı ötən 151 il ərzində müxtəlif tarixi mərhələlərdən keçmiş, çətin sınaqlarla üzləşmiş, lakin öz missiyasına sadiq qalaraq xalqın maraqlarını müdafiə etmişdir. Müstəqillik illərində isə milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoymuş, demokratik cəmiyyətin qurulması, vətəndaş cəmiyyətinin inkişafı və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının təmin olunması baxımından tarixi addım oldu. Bu qərar Azərbaycan jurnalistikasının müasir inkişafının əsasını təşkil edən mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşdü.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar milli mətbuatın daha da güclənməsinə xidmət edir. İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, media institutlarının inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkar medianın dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşə hazırlığının artırılması və müasir informasiya texnologiyalarının tətbiqi bu sahədə əldə olunan mühüm nailiyyətlərdəndir.
Prezident İlham Əliyev mətbuatın cəmiyyətin həyatındakı rolunu yüksək qiymətləndirərək bildirib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də azad sözün, obyektiv informasiyanın, maarifçiliyin və milli dəyərlərin təntənəsidir. Bu gün biz milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş Həsən bəy Zərdabini və bütün görkəmli qələm sahiblərini dərin ehtiramla yad edir, onların ideyalarının bu gün də yaşadığını qürur hissi ilə qeyd edirik.
Əminliklə demək olar ki, Azərbaycan mətbuatı zəngin tarixi ənənələrinə söykənərək gələcəkdə də dövlətimizin milli maraqlarının qorunmasına, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr verəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

