Bakı və Berlin arasında yeni strateji mərhələ
24.07.2026 [15:45]
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər çoxşaxəli xarakter daşıyır və strateji tərəfdaşlıq prinsiplərinə söykənir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə qurulan dialoq zamanın sınaqlarından uğurla keçərək dinamik inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat bu əlaqələrin dərinləşməsində və gələcək əməkdaşlıq prioritetlərinin müəyyənləşməsində mühüm tarixi mərhələ oldu. Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar tərəflərin qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı möhkəmləndirmək əzmində olduğunu bir daha nümayiş etdirdi. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən vacib razılaşmalar əldə olundu və Azərbaycan və Almaniya arasında imzalanmış sənədlər gələcək fəaliyyət üçün hüquqi bazanı daha da genişləndirdi. Dövlət başçısı öz bəyanatında bu sənədlərin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdi: "Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq". İqtisadi, energetika, nəqliyyat və digər strateji sahələri əhatə edən bu razılaşmalar ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçməsinə zəmin yaradır. İqtisadi tərəfdaşlıq Azərbaycan-Almaniya əlaqələrinin ana xəttini təşkil edir. Azərbaycanın əlverişli investisiya mühiti və həyata keçirilən irimiqyaslı layihələr xarici investorlar, o cümlədən Almaniya biznesi üçün cəlbedici imkanlar açır. Dövlət başçısının diqqətə çatdırdığı kimi, bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və ölkəmizin iqtisadi modernləşməsinə, sənaye potensialının artırılmasına öz töhfələrini verirlər. Almaniya texnologiyalarının və təcrübəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyası qarşılıqlı faydalı tərəfdaşlığın bariz nümunəsidir. Eyni zamanda, müasir dövrdə qlobal nəqliyyat və loqistika zəncirlərinin yeniden qurulması fonunda iki ölkə arasında kommunikasiya sahəsində əməkdaşlıq xüsusi aktullıq kəsb edir. Bəyanatda vurğulandığı kimi, bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat qovşağına çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yaratdığı müasir infrastrukturlar Almaniya və ümumən Avropa İttifaqı üçün tranzit imkanlarını daha əlçatan və təhlükəsiz edir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması da danışıqların əsas mövzularından biri oldu. Prezident İlham Əliyev regionda əldə olunmuş tarixi sülh prosesinə toxunaraq bildirmişdir ki, Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Bu tarixi addım regionda dayanıqlı sülhün, sabitliyin və yeni əməkdaşlıq imkanlarının yaranmasını təmin etdi. Regionda sülh quruculuğu və postmünaqişə dövründə bərpa işlərində beynəlxalq tərəfdaşların dəstəyi böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Almaniyanın obyektiv və konstruktiv mövqeyi xüsusi qiymətləndirilir. Azərbaycan Prezidenti öz bəyanatında bu məqamı vurğulayaraq bildirib ki, Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk. Almaniyanın regionda sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış etməsi ikitərəfli etimadı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səsləndirdiyi bəyanatlar Azərbaycan-Almaniya tərəfdaşlığında yeni bir səhifə açdı. İmzalanmış sənədlər, dərinləşən iqtisadi əlaqələr və regional təhlükəsizliklə bağlı yekdil mövqe iki ölkə arasında strateji münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə deməyə əsas verir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

