Şəmkirdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib
26.02.2014 [09:34]
Dünən Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə Xocalı soyqrımının 22-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib. Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzində baş tutan anım mərasimində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək deyib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib: “Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilməmiş, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər görülməmişdir.
Yalnız Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi öz qiymətini alıb, soyqırımının dünyaya çatdırılması istiqamətində xeyli iş görülüb”.
F.Vəliyev qeyd edib ki, bu soyqırımı cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək bildirib ki, bəşər tarixinə öz vəhşiliyinə və qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən artıq 22 il ötür. Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı apardıqları müharibənin tərkib hissəsi olduğunu deyən N.Veysov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə ermənilər tərəfindən həyata keçirilən Xocalı qırğını bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.
Daha sonra çıxış edənlər - Şəmkir rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Sona Əliyeva, bu soyqırımının canlı şahidlərindən olan Xocalı rayon sakini Baxşeyş Əhmədov qeyd ediblər ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.
Anım mərasiminin sonunda Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsi və Ə.Cavad adına tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib və Xocalı faciəsi haqda şeirlər söylənilib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

