/ / YAP Binəqədi rayon təşkilatında “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” mövzusunda konfrans keçirilib
YAP Binəqədi rayon təşkilatında “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” mövzusunda konfrans keçirilib
26.02.2014 [09:44]
Binəqədi rayon İcra Hakimiyyəti, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” adlı konfrans keçirilib.
YAP Binəqədi rayon təşkilatında keçirilən konfransdan əvvəl qonaqlar peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət olan, özündə qanlı Xocalı soyqırımını əks etdirən rəsm əsərləri ilə tanış olublar.
Konfrasda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş bir cinayətdir.
Sonra çıxış edən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının koordinatoru Sevinc İsgəndərova bildirib ki, tanıtım kampaniyası 2008-ci il mayın 8-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın əsas məqsədi bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Son beş ildə kampaniya böyük ugurlara imza atıb, 2009-cu ildə Cenevrədə, 2010-cu ildə Brüsseldə böyük tədbirlər keçirilib. Tədbirlərdə Avropa Parlamentinin deputatları iştirak ediblər. Bu il İndoneziyada məsciddə xütbə oxunub. Hazırda Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün Strateji Araşdırmalar Mərkəzi ilə birgə iş aparılır. Bundan başqa Xocalı haqqında roman yazılması istiqamətində də iş aparılacaq.
Daha sonra “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının hüquq məsləhətçisi Vusal Qurbanov “Xocalı soyqırımının Beynəlxalq Məhkəmə perspektivindən təhlili” mövzusunda çıxış edib. O, bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası artıq “Sosial Həmrəylik” aksiyasına da başlayıb. Xocalıda hər iki valideynini itirmiş 25 şəxs bu gün Binəqədi rayon İcra Hakimiyytində olub və onlardan ikisinə ilböyu müavinət veriləcək. V.Qurbanov deyib ki, Xocalı soyqırımının tanınması istiqamətində təkcə bir il ərzində dünyanın 40 ölkəsində müxtəlif tədbirlər keçirilib. İslam Konfransı Təşkilatı bu cinayətin soyqırımı olması haqda qətnamə qəbul edib. Sonra Pakistan, Meksika, Kolumbiya, Peru kimi dövlətlər Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu il isə Honduras Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. O, “inanırıq ki, bu soyqırımını törədən şəxslər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaqlar” deyib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova da bu soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş növbəti etnik təmizləmə aktı olduğunu bildirib.
Konfransda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib ki, bu soyqırımına siyasi və hüquqi qiymət ilk dəfə Ulu ondər Heydər Əliyev tərəfindən verilib. O, çıxışının sonunda gəncləri bu soyqırımının tanıdılması üçün aktiv olmağa və dünya ictimaiyyətinə mütəmadi məlumatları göndərməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

