Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP özünü qələbələr partiyası kimi təsdiqləyib

YAP özünü qələbələr partiyası kimi təsdiqləyib

14.09.2026 [13:44]

Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının X konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov hesabat məruzəsi ilə çıxış edib. O, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə uğurla fəaliyyət göstərib, özünü qələbələr partiyası kimi təsdiqləyib.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizin ən şanlı səhifəsidir. Onun sözlərinə görə, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Vurğulanıb ki, Azərbaycanın qazandığı möhtəşəm qələbələr nəticəsində uzun illər yurd həsrəti ilə yaşayan qubadlılılar da doğma torpaqlarına qovuşacaqlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında bildirib ki, YAP tarixi zərurətdən yaranan siyasi partiya olaraq qarşıya qoyduğu missiyanı şərəflə yetirib. Onun sözlərinə görə, bu missiyaya müstəqil dövlət quruculuğu, demokratik ənənələrin inkişafı və digər məsələlər daxil idi: “Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanı Prezident, Ali Baş Komandan İlham Əliyev qalib dövlətə çevirib”.

Çıxış edən 3-cü mikrorayon ünvanı üzrə ərazi partiya təşkilatının sədri Rəhminə Mehtiyeva və Vətən müharibəsi qazisi Sənan Həsənov hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər. 

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə rayon təşkilatınıın müasir çağırışlara uyğun olaraq fəaliyyət göstərdiyini bildirməklə yanaşı, qarşıda duran vəzifələrdən də ətraflı bəhs edib.

Konfransda YAP Qubadlı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30