Türk Dövlətləri Təşkilatı: dəyişən dünyanın yeni güc mərkəzi
21.09.2026 [18:10]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu bu təşkilatın regional və beynəlxalq proseslərdə çəkisi artan siyasi-strateji birlik olduğunu nümayiş etdirir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlıq mexanizmlərinin genişlənməsi, üzv dövlətlər arasında əlaqələrin institusional xarakter alması, iqtisadi və nəqliyyat layihələrinin miqyasının böyüməsi TDT-nin qarşıdakı mərhələdə daha geniş gündəliklə çıxış etməsi üçün zəmin yaradır.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən vurğuladığı fikirlər də məhz bu reallığı əks etdirir. Sentyabrın 17-də Bakıda təşkilatın Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi TDT daxilində təhlükəsizlik məsələləri üzrə institusional dialoqun dərinləşməsinin göstəricisidir. Dövlət başçısı bu toplantının təşkilat çərçivəsində fəal qarşılıqlı əlaqənin növbəti nümunəsi olduğunu bildirərək TDT-nin beynəlxalq nüfuzunun yüksəldiyini diqqətə çatdırıb.
TDT-nin formalaşdığı ilkin mərhələ ilə bugünkü fəaliyyəti arasında mühüm fərq var. Təşkilat artıq yalnız mədəni-humanitar əlaqələrin inkişafı ilə məhdudlaşmır. Beynəlxalq gündəlik, təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və digər istiqamətlər TDT-nin fəaliyyət dairəsində daha böyük yer tutur. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqam da budur: TDT müxtəlif sahələrdə mövcud potensialını daha səmərəli şəkildə reallaşdırmağa çalışır. Dövlət başçısının sözlərinə görə, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Əgər əvvəlki mərhələdə əsas diqqət ortaq tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlirdisə, hazırda həmin təməl üzərində siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının daha sistemli mexanizmləri formalaşır.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışının məzmunu əhəmiyyətli dərəcədə genişlənib. Enerji təchizatının sabitliyi, nəqliyyat yollarının fasiləsiz fəaliyyəti, strateji infrastrukturun qorunması, yeni texnologiyalar və digər amillər dövlətlərin təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Türk dövlətlərinin yerləşdiyi geniş coğrafi məkan Şərqlə Qərb arasında mühüm iqtisadi və logistika imkanları yaradır. Bu ərazidən keçən enerji və nəqliyyat marşrutları yalnız ayrı-ayrı dövlətlərin deyil, daha geniş regionun iqtisadi təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Bu baxımdan TDT məkanının coğrafi mövqeyi təşkilata mühüm üstünlük verir. Mərkəzi Asiyanın enerji resurslarının Xəzər üzərindən beynəlxalq bazarlara çıxarılması, Türkiyənin Avropa ilə Asiya arasında bağlantı imkanları və Azərbaycanın bu proseslərdə oynadığı rol TDT-nin iqtisadi potensialını təhlükəsizlik məsələləri ilə birbaşa əlaqələndirir. Başqa sözlə, enerji marşrutlarının təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin fasiləsizliyi və strateji bağlantıların qorunması artıq yalnız iqtisadi məsələ deyil. Bunlar regional sabitliyin mühüm komponentləridir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür: “Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın coğrafi mövqeyinə ayrıca diqqət yetirilməsi də mühüm məqamdır. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkə həm TDT-nin Mərkəzi Asiya dövlətləri, həm də Türkiyə ilə qarşılıqlı əlaqələrində xüsusi mövqeyə malikdir. Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakı ölkənin TDT daxilindəki rolunu da genişləndirir. Burada söhbət yalnız milli layihələrdən getmir. Regional enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının formalaşdırılması Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha sıx qurulmasına şərait yaradır. Bu kontekstdə Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit imkanlarına malik olması TDT-nin ümumi potensialı baxımından da əhəmiyyətlidir. Orta Dəhlizin inkişafı, digər nəqliyyat bağlantılarının genişləndirilməsi və Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar Türk dövlətlərinin iqtisadi məkanının daha sıx əlaqələndirilməsi baxımından diqqət çəkir.
TDT-nin potensialını müəyyənləşdirən əsas amillərdən biri üzv dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasıdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzaladığını xatırladıb. Bu sənədlər dövlətlərarası münasibətlərin strateji xarakterini nümayiş etdirən mühüm siyasi-hüquqi əsaslardır.
İqtisadi müstəvidə də qarşılıqlı əlaqələrin genişləndiyi müşahidə olunur. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Belə mexanizmlər qarşılıqlı sərmayələrin artırılması, biznes əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın daha sistemli xarakter alması üçün imkanlar yaradır. Beləliklə, siyasi həmrəylik iqtisadi əməkdaşlıqla tamamlanır. Bu iki istiqamətin paralel inkişafı TDT-nin institusional imkanlarının genişlənməsinə xidmət edir.
Müasir dövrdə dövlətlərin üzləşdiyi təhlükələrin xarakteri də dəyişir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər sərhədlər tanımır. Bu səbəbdən təhlükəsizlik sahəsində məlumat mübadiləsi, koordinasiya və birgə fəaliyyət mexanizmlərinin qurulması xüsusi əhəmiyyət kəsb edir. TDT-nin gələcək potensialından danışarkən yalnız iqtisadi və siyasi göstəricilərlə kifayətlənmək mümkün deyil. Təşkilata üzv xalqları birləşdirən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər əməkdaşlığın mühüm sosial əsasını təşkil edir.
TDT-nin qarşısında duran əsas vəzifələrdən biri mövcud potensialı daha sıx institusional əməkdaşlığa çevirməkdir. Bunun üçün təşkilatın siyasi dialoq imkanları ilə yanaşı, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar və gənclər istiqamətlərində qarşılıqlı fəaliyyət mexanizmlərinin əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır. Bakıda Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi də bu baxımdan praktiki məzmun daşıyan prosesin tərkib hissəsidir.
Beləliklə, TDT-nin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaranır. Təşkilatın geniş coğrafiyası, enerji və nəqliyyat imkanları, iqtisadi potensialı, gənc əhalisi, ortaq tarixi-mədəni əlaqələri və üzv dövlətlər arasında yüksələn siyasi etimad onun daha sistemli əməkdaşlıq modelinə keçməsi üçün mühüm zəmin formalaşdırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40

