Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avstraliya əhalinin qocalma və doğum səviyyəsinin azalması ilə bağlı təhlükələr barədə xəbərdarlıq edir

Avstraliya əhalinin qocalma və doğum səviyyəsinin azalması ilə bağlı təhlükələr barədə xəbərdarlıq edir

21.09.2026 [11:40]

Avstraliya hökuməti bazar ertəsi günü proqnozlaşdırıb ki, 2060-cı illərdə ölüm sayı ilk dəfə doğum sayını üstələyəcək. Bu demoqrafik dəyişiklik əhalinin qocalma, doğum səviyyəsinin azalması və miqrasiyanın zəifləməsi ilə mübarizə aparan ölkə iqtisadiyyatı üçün genişmiqyaslı mənfi nəticələrə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, Avstraliya onilliklər ərzində əhalinin artımını aşağı doğum səviyyəsini miqrasiya hesabına kompensasiya etməklə təmin edib. Lakin hazırda immiqrasiya tempinin zəifləməsi səbəbindən ölkə Yaponiya, Almaniya və Cənubi Koreya kimi ölüm sayının doğumu üstələdiyi bir çox inkişaf etmiş iqtisadiyyatların yolunu təkrar edir.

"Reuters" yazır ki, bazar ertəsi yayımlanan nəsillərarası hesabatda Maliyyə Nazirliyi süni intellekt, geosiyasi parçalanma, enerji keçidi, əhalinin qocalması və xidmət sektoruna əsaslanan iqtisadiyyata keçidi qarşıdakı dörd onillik ərzində ölkənin iqtisadi perspektivlərinə təsir göstərəcək ən mühüm beş dəyişiklik kimi göstərib.

Hazırda əhali artımının qarşıdakı dörd onillik ərzində ildə 0,9 faizədək azalacağı proqnozlaşdırılır. Buna səbəb doğum səviyyəsinin azalması, xaricdən xalis miqrasiyanın – ölkəyə gələn miqrantların sayı ilə ölkəni tərk edən insanların sayı arasındakı fərqin – sabitləşmədən əvvəl daha da azalma gözləntisidir. Bu göstərici son 40 ildə qeydə alınan orta hesabla 1,4 faizlik artımdan xeyli aşağıdır.

Maliyyə naziri Cim Çalmers çıxışında bildirib: “Proqnozlara görə, 2060-cı illərdə ölüm sayı ilk dəfə doğum sayını üstələyəcək. 2066-cı ilədək 85 yaşdan yuxarı avstraliyalıların sayı üç dəfə artacaq ki, bu da səhiyyə sisteminə əlavə yük yaradacaq”.

Hesabatda, həmçinin xəbərdarlıq edilir ki, əhalinin qocalması sosial xidmətlərə tələbatın artmasına səbəb olacaq. Əhalisinin daha yaşlı olduğu regionlarda isə səhiyyə və yaşlılara qulluq sahələri işçi qüvvəsinin daha ciddi çatışmazlığı ilə üzləşəcək. Bu sektorlar əhəmiyyətli dərəcədə əmək miqrantlarından asılıdır.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30