“Yay məktəbi”: Biliklərin mübadiləsinə yardımçı layihə
11.07.2014 [10:05]
Gənclər layihə çərçivəsində bilik və bacarıqlarını artırır, ölkənin gələcək inkişafına öz töhfələrini verməyə səy göstərirlər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin I turunun beşinci günündə Lerikdə “Regionların sosial-iqtisadi inkişafı və sosial həyat” mövzusunda seminar keçirilib. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə gənclər qarşısında çıxışında bildirib, ki, bu gün Azərbaycan quruculuq meydançasını xatırladır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uğurlarımız davamlı xarakter alıb, paytaxt və bölgələrimiz gündən-günə yeniləşir, müasirləşir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramlarını təsdiqlədi.
V.Rəhimzadə qeyd edib ki, uğurlar bir-birini əvəzlədikcə yeni hədəflərə yol açılır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.
Öz növbəsində, “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi çərçivəsində gənclərin qonağı olan Milli Məclisin deputatı İqbal Məmmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan söz açaraq, əsas məqsədin ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması olduğunu bildirib.
Qeyd olunub ki, Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Daha sonra millət vəkili İ.Məmmədov gəncləri maraqlandıran sualları cavablandırıb. Mövzu ətrafında gənclərin iştirakı ilə diskussiyalar olub.
Günün ikinci yarısında gənclərə Kənan Qubadzadənin moderatorluğu ilə “Sağlam həyat, sağlam gələcək” mövzusunda təlim keçirilib. Təlimdə bildirilib ki, hazırda gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu baxımdan, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək-damar, xərçəng xəstəlikləri geniş yayılıb. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir gəncin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.
Təlimdə qeyd edilib ki, müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu fəlakətli meyillər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir. Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir.
Sonra diskussiyalarda iştirak edən gənclər bildiriblər ki, sağlam həyat tərzinə maraq oyadılması gəncləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirir. Vurğulayıblar ki, gənclərin sağlam həyat tərzinin formalaşmasında bu istiqamətdə olan tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır.
Diskussiya şəklində davam edən təlimlərdə bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunu şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.
Günün ikinci yarısında gənclərin regiona səfəri olub. Səfər çərçivəsində təşkil olunmuş gəzintidə gənclər regionun maraqlı yerləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

