YAP Nəsimi rayon təşkilatı Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirib
06.06.2015 [11:06]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününün 22-ci ildönümünə həsr edilən tədbir keçirib. “Gəncliyin yolu - Qurtuluş yoludur” adlı tədbirdə YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Sevinc Hüseynova, Nəsimi rayonunun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, hər il olduğu kimi, bu il də ölkəmizdə 15 İyun - Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilir.
Təşkilat sədri gənclərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın fəlakətlə üzləşdiyi bir zamanda xalqımız üçün xilaskarlıq missiyasından bəhs edib, eləcə də, 1993-cü ilin iyun hadisələri haqqında geniş məlumat verib. Millət vəkili çıxışında Milli Qurtuluş Gününün tarixindən bəhs edərək, gənclərimizin hər zaman müstəqilliyimizin sarsılmazlığının qarantı olmuş, çağdaş dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə, həmçinin, bu gün ölkəmizə sonsuz və misilsiz uğurlar qazandıran ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yoluna sadiq qalmalarını tövsiyə edib.
“Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub”, – deyə M.İbrahimqızı vurğulayıb.
M.İbrahimqızı çıxışında daha sonra qeyd edib ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. “Məhz bu səbəbdən də Ümummilli liderimizin zəngin irsi dərindən öyrənilməli və daim gənc nəslə aşılanmalıdır”, – deyə millət vəkili vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Sevinc Hüseynova Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Rəhimov Azərbaycan gəncliyinin yolunun Qurtuluş yolu olduğunu qürurla vurğulayıb.
Tədbirin sonunda təhsildəki nailiyyətləri və ictimai fəallığı ilə seçilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

