Azərbaycan cəmiyyəti seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir
09.10.2015 [10:07]
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Seçki Qərargahı qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantı keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Seçki Qərargahı qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantı keçirib. Toplantıda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov sentyabrın əvvəlində seçki kampaniyasına rəsmi şəkildə start verildiyini xatırladaraq Yeni Azərbaycan Partiyasının bu seçkilərə bir müddətdir ki, hazırlaşdığını diqqətə çatdırıb. O əlavə edib ki, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar: “Qərargahımızda partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, görərik ki, Azərbaycanda dinamik inkişaf cərəyan edib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçkilərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq”.
Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən YAP Samux rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan dünyaya mütərəqqi inkişaf modeli təqdim edib: “Əldə edilən bütün nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir. İnsanlar hər bir partiyaya, xüsusilə də hakimiyyətdə olan partiyaya görülən işlərə, həyata keçirilən siyasətin uğurluluq dərəcəsinə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir”.
Daha sonra toplantıda qərargah üzvlərinin seçkilərə hazırlıqla bağlı gördükləri işlər haqqında məruzələr dinlənilib. Eyni zamanda, qarşıdakı dövrdə görüləcək işlərlə əlaqədar müvafiq tövsiyə və tapşırıqlar verilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

