Deputatlığa namizəd İsa Həbibbəyli Şərur rayonunda seçicilərlə növbəti görüşünü keçirib
22.10.2015 [10:43]
Azərbaycan Respublikasının Milli Məclisinə 2 saylı Şərur Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İsa Həbibbəyli ilə seçicilərin növbəti görüşü keçirilib. Rayon mərkəzindəki “Bahar” kinoteatrının salonunda keçirilmiş görüşdə Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar, dairənin əhatə etdiyi kəndlərin nümayəndələri və gənclər iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev deputatlığa namizəd İsa Həbibbəylinin tərcümeyi-halı və keçən beş il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib, seçicilərlə yaxından əlaqə saxladığını xüsusi qeyd edib.
Görüşdə Şərur rayon təhsil şöbəsinin əməkdaşı, şair İ.Yusifoğlu, Aşağı Daşarx kənd orta məktəbinin müəllimi T.İbrahimova, rayon xəstəxanasının həkimi, tibb elmləri namizədi N.Həsənov, Azərbaycan Respublikasının Əməkdar artisti K.Babayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi S.Məmmədova və başqaları çıxış edərək deputatlığa namizəd, akademik İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyətindən, Milli Məclisdəki çıxışlarından, seçicilərlə əlaqələrindən geniş söz açıblar. Qeyd olunub ki, İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai fəaliyyəti daim seçicilərin diqqət mərkəzində olub. Seçicilər deputatlığa namizədlə qarşılıqlı əlaqələrindən razı qaldıqlarını bildirib, ölkəmizdə aparılan böyük işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Akademik İsa Həbibbəyli seçicilər qarşısında çıxış edərək ölkəmizdə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində və beynəlxalq aləmdə qazanılan böyük uğurlardan geniş bəhs edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında, o cümlədən də Şərur rayonunda aparılan genişmiqyaslı işlərdən söz açılıb. Əhalinin siyasi fəallığının artması, dünyagörüşünün genişlənməsi, ölkədə və regionda gedən proseslərdə yaxından iştirak etməsi Ulu öndər Heydər Əliyevin ideyalarına, ölkəmizin Prezidentinin xalqa xidmət nümunəsi olan yorulmaz və hərtərəfli fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının strategiya və taktikasına dərin sədaqət nümayiş etdirməsi xüsusi olaraq qeyd edilib. Seçicilərin deputatlığa namizəd qarşısında artıq tikinti-quruculuq və abadlıq işləri ilə bağlı deyil, millət vəkilinin funksiyalarına aid məsələlər qaldırması müstəqillik illərində keçilmiş yollarda həyata keçirilən siyasi-ideoloji işin mühüm nəticələrindən biri kimi qiymətləndirilib.
Deputatlığa namizəd İsa Həbibbəyli seçicilərin qaldırdığı məsələlər barədə fikir və mülahizələrini bildirib və suallara cavab verib.
Qeyd edək ki, Şərur rayonunun Təzəkənd və Püsyan kəndlərində də İsa Həbibbəylinin seçicilərlə görüşləri keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04

