Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura iclası keçirilib
05.02.2016 [09:40]
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı şurasının fevralın 4-də keçirilmiş iclasında təşkilatın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq, hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən il YAP Naxçıvan şəhər təşkilatında 4 şura yığıncağı, İdarə Heyətinin 12 iclası olub. 2015-ci ildə təşkilatın fəaliyyətində YAP-ın V Qurultayının və YAP Naxçıvan Muxtar Respublika təşkilatının V konfransının qərarları müzakirə edilib. Bundan başqa il ərzində 13 siyasi-ideoloji tədbir keçirilib ki, bunların 10-u elmi-praktik konfrans olub.
Vurğulanıb ki, partiya təşkilatı ötən il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərdə fəal iştirak edib, üzvlərdən 2-si Milli Məclisə, 21 nəfəri isə Ali Məclisə deputat seçilib.
Bildirilib ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Partiya sıralarına qəbul olunacaq yeni üzvlərin siyasi hazırlıq səviyyəsi xüsusilə yoxlanılıb. 2015-ci ildə müxtəlif ilk təşkilatlardan partiyaya qəbul olunmaq üçün müraciət edən 469 nəfərdən 336 nəfər partiyaya üzv qəbul olunub, 133 nəfərin siyasi hazırlıq səviyyəsi qaneedici olmadığından onların partiyaya üzvlüyünə qəbulundan imtina edilib. Yeni qəbul olunan üzvlərin 328 nəfəri gənclər, 196 nəfəri qadınlardır. Ümumiyyətlə, hazırda partiyanın şəhər təşkilatı 187 ərazi ilk təşkilatında öz sıralarında 15 min 767 nəfəri birləşdirir ki, bundan da 8 min 790 nəfərini gənclər, 8 min 164 nəfərini qadınlar təşkil edir. YAP Naxçıvan Şəhər Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Qadınlar Şurası ötən il fəaliyyətlərini uğurla quraraq təşkilatın ümumi fəaliyyətində fəallıq göstəriblər.
“Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı İdarə Heyətinin bu il yanvarın 28-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Sədri Vasif Talıbov partiyanın rayon və şəhər təşkilatları qarşısında mühüm vəzifələr qoyub və 2016-cı ili muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edib”, - deyən Elman Cəfərli vurğulayıb ki, YAP Naxçıvan Şəhər Təşkilatının cari ildəki fəaliyyətində həmin vəzifələrin həyata keçirilməsi prioritet olacaq, təşkilatın bütün rəhbər strukturları və üzvləri öz işlərini günün tələbləri səviyyəsində quracaq, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə həyata keçirilən dövlət siyasətini daim dəstəkləyəcəklər.
Şura iclasında YAP Naxçıvan şəhər təşkilatı qadınlar şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, YAP Naxçıvan şəhər təşkilatının şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, YAP Naxçıvan şəhər təşkilatının sədr müavini Ramil Orucəliyev çıxış ediblər.
Sonra təşkilatın 2016-cı il üçün iş planına yenidən baxılması, partiyaya üzvlərin qəbulu prosesinin daha səmərəli aparılması, siyasi hazırlığın yoxlanılması üçün işçi qrupun yaradılması və yeni üzvlərin qəbulu ilə bağlı məsələlərə baxılıb. Qeyd olunan məsələlərlə əlaqədar qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

