YAP Səbail rayon təşkilatında XI konfransa hazırlıq davam edir
08.02.2017 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XI konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Beləliklə, növbəti yığıncaq “Xəzər dənizçiləri” (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda təşkilatın sədri İzafət Məmmədov 2015-2016-cı illərdə təşkilatın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, ötən müddətdə təşkilatın sıralarının xüsusilə yüksək bilik və bacarığa, müasir dünyagörüşə malik gənclərin hesabına genişləndiyini, taleyini gəmiçiliklə bağlayan bu gənclərin YAP-ın üzvü olduqları ilə fəxr etdiklərini qeyd edib.
Sonra çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Fuad Hacıəliyev, Mirkazım Babayev, Bayram Balakişiyev və başqaları təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev dinamik inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən YAP-ın əhəmiyyətli rolundan bəhs edib.
Sonda ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
YAP Səbail rayon təşkilatı “Dezinfektorlar” (Bakı şəhər “Dezinfeksiya Stansiyası Səbail rayonlararası bölməsi” MMC) ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında hesabat məruzəsi ilə çıxış edən təşkilat sədri G.Həsənova Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələrindən bəhs edib. G.Həsənova vurğulayıb ki, ərazi ilk partiya təşkilatının üzvləri qadınlardır və qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında rolunun artması çox təqdirəlayiq haldır.
Sonra ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
“Yaşıl Teatr” Bakı Konsert Kompleksi ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında isə ərazi ilk partiya təşkilatının sədri Məmməd Hümbətov hesabat məruzəsi ilə çıxış edib.
Sonra çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, ərazi ilk partiya təşkilatı üzvləri İlqar Cavadov, Nigar Bünyatzadə və Samirə Məmmədova “Yaşıl Teatr” Bakı Konsert Kompleksi ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

