YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirir
20.03.2018 [11:32]
11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Belə ki, qanunvericiliyə əsasən martın 19-dan başlayaraq prezident seçkilərinə namizədlikləri qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin təbliğat materiallarının yayılmasına başlanılıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş yerlərdə, yəni Binəqədi rayonunda fəaliyyət göstərən 3 müstəqil - 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü seçki dairələrinin ümumilikdə 111 məntəqə seçki komissiyalarında və 1 müştərək - 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin Binəqədi rayonu ərazisində yerləşən 4 məntəqə seçki komissiyasında təbliğat üçün ayrılmış müvafiq yerlərdə təbliğat materialları olan plakatlar asılıb.
Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalları və könüllülər qoşulub.
Qeyd edək ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası seçkilərin keçirilməsinə 24 saat qalmış, yəni aprelin 10-u səhər saat 08:00-da başa çatacaq. Təbliğat-təşviqat kampaniyası müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat tədbirləri keçirəcək və seçicilərin seçki prosesinə fəal qoşulması istiqamətində silsilə görüşlər təşkil edəcək. Eyni zamanda, rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış videoçarxın yayımlanması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

