Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib
30.01.2010 [08:55]
Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının 2009-cu ildə fəaliyyəti, qazanılmış uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatının, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərinin ən yaxın iştirakçısı olub. Yeni Azərbaycan Partiyası ötən ilin ən mühüm siyasi hadisəsi - Azərbaycan Konsititusiyasına əlavə və dəyişikliklərlə bağlı ümümxalq səsverməsi- Referendumun və bələdiyyə seçkilərinin təşviqat, təbliğat kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin edib, YAP-ın qələbələrlə dolu şərəfli tarixinə yeni səhifələr yazıb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın IV Qurultayında söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin gələcək fəaliyyətin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha vurğulanıb.
İclasda gündəliyə uyğun olaraq, YAP İdarə Heyətinin 2009-ci ildə fəaliyyəti ilə bağlı hesabat, partiyanın ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin və Qadınlar Şurasının 1 yanvar 2010-cu ilə olan statistik hesabatı və 2009-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.
Statistik məlumata görə, 2009-ci ildə partiyaya 29 777 nəfər üzv qəbul olunub və 2010-cu il yanvar ayının 1-nə YAP üzvlərinin ümumi sayı 498 462 nəfərə çatıb. Qeyd olunub ki, partiya sıralarında gənclərin xüsusi çəkisi daha da artıb və 2009-ci ildə YAP-a üzv qəbul olunanların 49,7 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil edib.
YAP İdarə Heyətinin iclasında partiyanın maliyyə hesabatı müzakirə və təsdiq edilib. Hesabatda bildirilir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyasının üzvlük haqlarından cəmi mədaxili 2 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 374 176 manat olub ki, bunun da 1 426 587 manatını Yeni Azərbaycan Partiyasının İcra Katibliyində və şəhər və rayon təşkilatlarında çalışan əməkdaşların əmək haqqı fondu təşkil edib. 324 107 manat partiya tədbirlərinin maliyələşməsinə və ezamiyyə xərclərinə, 33 290 manat partiya vəsiqələrinin hazırlanmasına, 190 453 manat invertar və dəftərxana ləvazimatlarının alınmasına, 106 376 manat cari təmir və özəlləşdirmə xərclərinə, 172 089 manat kommunal xərclərə, bank və rabitə xidmətlərinə, 93 995 manat avtomobillərə texniki xidmətə, 12 428 manat həmkarlar ittifaqlarına ödənişə sərf edilib. Digər xərclər 14 851 manat olub. 541 329 manat partiyanın mərkəzi və yerli təşkilatlarının hesabında qalıb.
İclasda, həmçinin, İdarə Heyətinin 2010-cu il üçün iş planı təsdiq edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

