/ / Aslan Aslanov: Koronavirusa qarşı mübarizədə uğurlu nəticə əldə edilməsi vətəndaş məsuliyyətindən asılıdır
Aslan Aslanov: Koronavirusa qarşı mübarizədə uğurlu nəticə əldə edilməsi vətəndaş məsuliyyətindən asılıdır
21.08.2020 [09:07]
“Bütün dünyada tüğyan edən COVİD-19 pandemiyasının vurduğu zərərlər Azərbaycandan da yan keçməyib. Buna baxmayaraq, dövlətimiz bütün imkanları pandemiyanın yaratdığı fəsadların aradan qaldırılmasına yönəldib. Qeyd edim ki, virusun yayılmasının qarşısını almaq məqsədilə pandemiya başlanan vaxtdan indiyədək ölkəmizdə görülən qabaqlayıcı tədbirlər dövlətin vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir”.
Bu fikirləri YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Aslan Aslanov deyib.
Pandemiyanın normal həyat tərzimizi dəyişdiyini deyən Aslan Aslanov bildirib ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə uğurlu nəticənin əldə edilməsi vətəndaş məsuliyyətindən asılıdır: “Pandemiya bizə göstərdi ki, hər kəsin təhlükəsiz olmadığı bir yerdə, heç birimiz təhlükəsiz ola bilmərik. Sübut olundu ki, həmrəylik heç bir sərhəd və status tanımayan bu virusa qarşı müqavimət göstərməyin ən güclü və ən effektiv yoludur. Biz bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin belə virusla mübarizədə aciz olduğunu görürük. Azərbaycan isə virusla uğurla mübarizə aparan ölkələr sırasındadır. Bunun da əsasında dövlətin həyata keçirdiyi uğurlu siyasət və atılan məqsədyönlü addımlar dayanır”.
Aslan Aslanov onu da deyib ki, vətəndaşlar sosial məsuliyyətdən irəli gələrək, özünü, yaxınlarını və cəmiyyətimizin digər üzvlərini qorumaq üçün, Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə etdiyi sanitar-gigiyenik qayda və tələblərə ciddi əməl etməli, eyni zamanda digər şəxsləri də bu qaydalara riayət etməyə səsləməlidirlər: “Lakin bəzi hallarda vətəndaşlarımızın bu qaydalara riayət etmədiyinin şahidi oluruq. İctimai nəqliyyatda maska taxmağa, sosial məsafə saxlamağa bəzi vətəndaşlarımız ciddi əməl etmirlər. Burada, vacib olan məqamlardan biri isə ictimai qınaq məsələsidir. Karantin rejiminin qaydalarına riayət etməyən şəxslərə qarşı cəmiyyətimizdə ictimai qınaq olmalı, onları bu qaydalara əməl etməyə dəvət etməliyik”.
“Unutmayaq ki, sosial məsafənin saxlanması, qapalı yerlərdə və ictimai nəqliyyatda maska taxılması, əllərin mütəmadi olaraq sabunla yuyulması və dezinfeksiya edilməsi virusun yayılmasının qarşısını almaq üçün ən effektiv yollardır. Bütün bunları nəzərə alaraq, hər birimiz dövlət tərəfindən görülən tədbirlərin ciddiliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti və həmrəyliyi nümayiş etdirməliyik”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

