Bakıda daha bir beynəlxalq tədbir...
15.05.2026 [10:59]
Paytaxtımızda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib
Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib.
Tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb. Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edib.
Açılış mərasimində Azərbaycanın bir sıra dövlət rəsmiləri də iştirak ediblər.
Bakıda Qlobal Cənubun QHT Platformasının institusional strukturu və operativ mexanizmləri haqqında çərçivə sənədi qəbul edilib.
BMT Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və qlobal səviyyədə inklüziv qarşılıqlı fəaliyyətin təşviqinə dəyişməz sadiqliyini yüksək qiymətləndirir.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç tərəfindən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform - GSNP) I Baş Assambleyasında oxunan müraciətində bildirilib.
Onun sözlərinə görə, sözügedən QHT platforması Qlobal Cənub ölkələrinin həmrəyliyi, dialoqu və tərəfdaşlığının mühüm mexanizmidir.
Müraciətdə həmçinin vurğulanıb ki, assambleyanın inklüziv şəhər inkişafına, iqlim dayanıqlığına və davamlı idarəetməyə diqqət yetirməsi Qlobal Cənub şəhərlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı prosesdə üzləşdiyi reallıqları əks etdirir.
Bundan əlavə, baş katib birgə təşəbbüslərin təşviq edilməsinin, institusional əlaqələrin gücləndirilməsinin və vətəndaş cəmiyyətinin BMT platformalarında, o cümlədən COP və WUF-da iştirakının genişləndirilməsinin vacibliyini qeyd edib.
“Azərbaycandakı BMT əməkdaşlığın gücləndirilməsinə, vətəndaş cəmiyyətinin imkanlarının genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır”, - müraciətdə bildirilib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib ki, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. “Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir. COP29-un uğuruna töhfə verən bütün QHT-lərə, könüllülərə, ekspertlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə səmimi təşəkkürümü bildirmək istərdim. Sizin rolunuz həqiqətən mühüm idi. İdeyaların və təkliflərin konsolidasiyasından Yaşıl Zonada və müxtəlif pavilyonlarda aparılan maarifləndirmə fəaliyyətlərinə qədər vətəndaş cəmiyyəti COP29 prosesi zamanı etimad, dialoq və inklüzivliyin qurulmasında mühüm töhfə verib.
Platformanın I Baş Assambleyası zamanı Qlobal Cənubun QHT Platformasının institusional strukturu və operativ mexanizmləri haqqında çərçivə sənədi qəbul edilib.
İclasda çərçivə sənədi üzərində işin uğurla başa çatdırıldığı qeyd olunub. Sənəd iştirakçı təşkilatlar tərəfindən bəyənilib və platformanın idarəetmə strukturunu, eləcə də fəaliyyətini müəyyən edən əsas normativ akt kimi rəsmi şəkildə qəbul edilib.
Sənəd həmçinin Baş katibin və onun müavininin seçilməsini, təyin olunmasını təsdiq edir. Onlar müəyyən edilmiş reqlamentə uyğun olaraq öz vəzifələrinin icrasına rəsmən başlayacaqlar.
Bundan əlavə, Baş Assambleya tərəfindən işçi qruplarına platformanın tam fəaliyyətə başlamasını təmin etmək üçün yaxın aylarda əməliyyat təkliflərini hazırlamaq və işə salmaq tapşırılıb.
Toplantıda Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform - GSNP) katibliyin Azərbaycana keçməsi haqqında qərar qəbul edilib. Seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16

