/ / Mehdi Balabəyov: Vətəndaşlar məsuliyyətli olmalı və karantin rejiminin qaydalarına əməl etməlidirlər
Mehdi Balabəyov: Vətəndaşlar məsuliyyətli olmalı və karantin rejiminin qaydalarına əməl etməlidirlər
22.08.2020 [00:31]
“Azərbaycan dövlətinin yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı apardığı effektiv mübarizə tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Avqust ayının əvvəlindən etibarən gündəlik yoluxma hallarının sayında azalmanın müşahidə olunması nəticəsində Azərbaycan hökuməti müxtəlif yumşaldılma paketlərinin tətbiqi ilə bağlı qərar qəbul etdi və sərt karantin rejimi müəyyən qədər aradan qaldırıldı. Bununla belə, vəziyyətin hər an dəyişə bilmə ehtimalının olması unudulmamalıdır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib.
Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən uğurlu qabaqlayıcı tədbirlər nəticəsində gündəlik yoluxma sayının azalmasına baxmayaraq, pandemiya davam edir, COVID-19 həyatımıza təhlükə olaraq bizimlə yaşamaqdadır.
M.Balabəyov bildirib ki, ən kiçik arxayınlıq yenidən koronavirus pandemiyasının sürətlə yayılmasına gətirib çıxara bilər. Daha doğrusu, indiki halda vətəndaşlar daha çox məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına, ən əsası sanitar-gigiyenik qaydalara riayət etməli və tibbi maskadan istifadə etməlidirlər. Əks halda, daha fərqli və qorxulu bir vəziyyətlə üz-üzə qalma ehtimalı ortaya çıxa bilər.
Onun sözlərinə görə, pandemiyadan qorunmaq üçün yeganə yol karantin rejiminin tələblərinə tam riayət etməkdir: “Tibbi maskanın taxılması, soial məsafənin qorunması və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır. Xüsusən, tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçiriləndə bu vacibdir. Pandemiya dövründə toy, yas mərasimlərinin və kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma təhlükəsini artırır. Ona görə də belə kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və haradasa belə icazəsiz keçirilən tədbirə rast gəliriksə, onun təşkilatçıları ictimai qınağa çəkilməlidir”.
M.Balabəyov deyib ki, artıq insanların da yeni dövrün çağırışlarına adaptasiya olunmağa başladığını müşahidə edirik. Məhz insanların pandemiyanın tələblərinə məsuliyyətlə yanaşması son günlərin statistikasında koronavirus infeksiyasına yoluxmaların sayında azalmaların əldə olunmasına imkan verir.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

