/ / YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə onlayn görüşü keçirilib
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə onlayn görüşü keçirilib
18.09.2020 [09:24]
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə gənclərin “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi kimi” mövzusunda videokonfrans formatında görüşü keçirilib.
Görüşdə Milli Məclisin deputatı Hikmət Babaoğlu gənclərə informasiya təhlükəsizliyi və onun Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biri kimi əhəmiyyəti barədə geniş məlumat verib. Hikmət Babaoğlu qeyd edib ki, internet resurslarından istifadənin qlobal xarakter aldığı, geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biridir. Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir. Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır.
Deputat bildirib ki, sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır.
“İnternet azadlığının heç bir halda digər azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə alınaraq onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmələrin həyata keçirilməsi labüddür. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı intensiv müzakirələr aparılır, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr edilir, yeni qanunların qəbulunun gündəmdə olduğu nəzərə çarpır. Təbii ki, qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmalıdır. Çünki bu amillər informasiya təhlükəsizliyinin təmin olunmasında vacib şərtlərdən biridir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Görüşdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova və digər çıxış edənlər informasiya təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə bağlı fikirlərini bildiriblər. Eyni zamanda, millət vəkili gəncləri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

