/ / Türkiyə parlamentində Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Türkiyə parlamentində Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
23.10.2020 [09:07]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri başa çatıb.
AZƏRTAC xəbər verir iki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici koordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə, Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxil olub.
Səfərin sonuncu günü Türkiyə Böyük Millət Məclisində (TBMM) Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AKP-nin Türkiyə Parlamentindəki millət vəkilləri qrupunun başqan vəkili Cahid Özkan azərbaycanlı heyəti səmimiyyətlə salamlayaraq Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixi köklərindən bəhs edib və hazırkı inkişaf dinamikasını yüksək dəyərləndirib. Hakim partiya deputat heyətinin rəhbəri deyib ki, Azərbaycanın adı və özü Türkiyədə hər bir vətəndaşı üçün əzizdir. Azərbaycan hər biri uğuru, xüsusilə də Milli Ordusunun rəşadətli xəbərləri ölkə ictimaiyyəti tərəfindən böyük sevgi ilə qarşılanır.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən YAP deputat nümayəndə heyətinin rəhbəri Ramil Həsənin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin sarsılmaz olmasının səbəbləri barədə fikir və düşüncələrini bölüşüb. Silahlı Qüvvələrimizin ərazi bütövlüyümüzün bərpası ilə bağlı həyata keçirdiyi rəşadətli addımları xalqlarımızın və ölkələrimizin gələcək ortaq təhlükəsizliyi üçün tarixi zəfər adlandırıb.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” müdrik kəlamını dəfələrlə xatırladan tərəflər diqqətə çatdırıblar ki, iki qardaş ölkənin münasibətləri bu prinsiplər üzrə günbəgün möhkəmlənərək dinamik inkişafla yüksəlir. Bu qardaşlıq münasibəti təkcə iki ölkə üçün deyil, böyük bir coğrafiyada xalqların sülh şəraitində yüksək rifahla yaşamasına fayda gətirməkdədir.
Tərəflər qeyd ediblər ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin bərabər inkişafına və regionda sağlam yeni bir güc mərkəzinin formalaşmasına böyük töhfə verməkdədir. Bütün sahələri əhatə edən əlaqələr parlametlərarası müstəvidə çoxistiqamətli məcradadır. Bu sahədə münasibətlərdəki dinamikanın qorunmasında hakim Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı böyük gücə malikdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17

