/ / Məhəbbət İbrahimova: Dünya ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir
Məhəbbət İbrahimova: Dünya ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir
30.10.2020 [09:06]
“Təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Bunun nəticəsində ümumilikdə iki yüzə yaxın yaşayış məntəqəsi işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər tarixi yazır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Məhəbbət İbrahimova bildirib ki, ordumuzun gücü qarşısında aciz qalan düşmən mülki insanları və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur. Onun sözlərinə görə, işğalçı Ermənistanın terrorçu siyasət yürütdüyünü, çirkin əməllərini, müharibə cinayətlərini pərdələməyə çalışması heç bir fayda verməyəcək. Düşmənin iç üzü, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduğu açıq-aydın görünür. M.İbrahimova deyib ki, erməni tərəfi məhz humanitar atəşkəs razılaşmaları dövründə mülki insanlara qarşı böyük terror aktı törədib: “Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmalarından dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu. Oktyabrın 11-də və 17-də Gəncəyə qadağan olunmuş silahlarla hücum bunu təsdiqləyir. Bu hücumlar nəticəsində ümumilikdə 26 mülki şəxs həlak oldu. Onların arasında qadın və uşaqlar da var. Oktyabrın 27-də isə erməni vandallarının növbəti terroru nəticəsində Bərdə rayonunun Qarayusifli kəndinin 5 sakini dünyasını dəyişdi. Bundan bir gün sonra isə törədilən terrorun miqyası daha da dəhşətli oldu. Belə ki, oktyabrın 28-də gündüz saatlarında Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində 21 nəfər həlak oldu, xeyli sayda insan yaralandı. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etdi. Eyni zamanda, bəşəriyyət ermənilərin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını gördü”.
“Dünya xalqları gördülər ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarına, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada və Vaşinqtonda keçirilmiş görüşlərin yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymur, Azərbaycanın dinc əhalisini qəsdən, məqsədyönlü şəkildə hədəfə almaqda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi”, - deyən M.İbrahimova əlavə edib ki, Ermənistanın Gorus, Sisian, Vardenis, Cermuk və Berd rayonlarından döyüş bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə ardıcıl olaraq raket hücumlarına məruz qoyur. “Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, gözünü qan tutan Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir”, - deyə YAP Qadınlar Şurasının sədr müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

