/ / Yeni Azərbaycan Partiyası Bərdə terroru barədə dünya ictimaiyyətini “e-mail” məlumatlandırma aksiyasını həyata keçirir
Yeni Azərbaycan Partiyası Bərdə terroru barədə dünya ictimaiyyətini “e-mail” məlumatlandırma aksiyasını həyata keçirir
30.10.2020 [09:19]
Yeni Azərbaycan Partiyası (YAP) işğalçı Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə Protokollarını, habelə xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşlarını raket atəşinə tutması barədə e-mail məlumatlandırma aksiyası keçirir.
Aksiya çərçivəsində partiyanın çoxsaylı könüllüləri Ermənistanın Bərdə şəhərinə terror hücumları barədə 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin xarici işlər nazirliklərinə, ümumilikdə 800-ə yaxın ünvana 210 mindən artıq e-mail göndərib.
Yeni Azərbaycan Partiyası bununla yanaşı, “facebook”, “twitter”, “instagram”, “telegram” üzərindən Bərdə terroru barədə məlumatlandırma işlərini də həyata keçirib. Partiyanın gəncləri Bərdə terroru ilə bağlı 3 dildə posterlər, kollajlar, kiçikhəcmli videoçarxlar hazırlayaraq #Bardacity, #StopArmenianAggression, #KarabakhisAzerbaijan, #DontBelieveArmenia, #ArmeniaKillsCivilians haştaqları üzərindən yayıblar. Son iki gün ərzində Bərdə terroru barədə təxminən 200 mindən artıq tvit, “facebook” statusu yazıblar, “instagram” və “telegram” paylaşımı ediblər.
Göndərilmiş e-maillərdə, yazılmış statuslarda, paylaşılmış poster və videoçarxlarda Ermənistanın Bərdə terrorunun nəticələri barədə məlumat verilib və dünya birliyi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə, təcavüzkarlıq siyasətinə susmamağa çağırılıb. 40-dan artıq insanın öldüyü, 100-dək insanın yaralandığı Gəncə terrorundan sonra Bərdədə 30-dək insanın qətlə yetirilməsi, 90-dək insanın yaralandığı növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini sübut edir. Dövlət və hökumət başçılarına, dünya parlamentarilərinə, nüfuzlu KİV-lərə, siyasi partiyalara, XİN-lərə ünvanlanan müraciətlərdə müasir dünyanın Holokost, Ruanda, Serebrenitsa, Xocalı soyqırımılarından sonra daha bir genosidi yaşamasına imkan verməməyə və bu səbəbdən də, Ermənistan kimi terror dövlətinə qarşı effektiv tədbirlər görməyə çağırışlar səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

