Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22.01.2021 [09:29]
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qaldı. Təəssüflər olsun ki, 30 il müddətində erməni vandalları işğal etdikləri torpaqlarımızda yalnız dağıntılar törədib, tarixi, dini abidələrimizlə yanaşı, ekologiya və təbii sərvətlərimizə qarşı yırtıcı, ziyanverici mövqe tutublar”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Anar Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, qısa zaman ərzində bu bölgələrin dünyanın ən abad, müasir, inkişaf etmiş regionuna çevrilməsi barədə də mesajını verdi.
Millət vəkili onu da deyib ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb: “Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Hər zaman xalqın və dövlətin maraqlarını Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hər şeydən üstün tutaraq Azərbaycanı iqtisadi, siyasi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən birinə çevirməklə yanaşı, Ali Baş Komandan kimi xalqımıza Zəfər bəxş edən Prezident İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda imzalanmış sənədin məqsədinin bölgədə sülhün, iqtisadiyyatın inkişafına yönəldiyini qeyd etdi. Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı, ilk növbədə, Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək. 11 yanvar tarixində imzalanan üçtərəfli bəyanat bölgədə təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir etməklə yanaşı, Azərbaycanın siyasi müstəvidə uğurunun və düşmən üzərində qələbəsinin davamıdır”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

