Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələrini və qaziləri ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələrini və qaziləri ziyarət ediblər

29.01.2021 [09:21]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələrini və qaziləri ziyarət ediblər. Rayon təşkilatından verilən məlumata görə, ziyarətlər zamanı Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 30 ildən bəri Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə, cəmi 44 gün ərzində azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.
Bu qələbəyə görə canını qurban vermiş qəhrəman əsgərlərimizin şücaətindən danışan Fəxrəddin Vəliyev bu gün onların ruhunun şad olduğunu bildirib. O, həmçinin yaralı əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə təşəkkür edib və bu gün ölkəmizdə şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan bəhs edib.
Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan igidlərimizin ailələrini ziyarət edən rayon təşkilatının fəalları onların mövcud problemlərini, istək və arzularını dinləyərək hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaqlarını, onlara mütəmadi şəkildə lazımi köməkliklərin göstəriləcəyini bildiriblər. Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilərimiz dövlət tərəfindən göstərilən diqqət və qayğının bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandığını vurğulayaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da xalqa qələbə sevinci yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31