David İbramxəlilov: “Dəmir yumruq” xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir
11.02.2021 [09:09]
“Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə inkişafın, tərəqqinin yeni mərhələsinə qədəm qoymuş oldu. Vətən müharibəsinin parlaq nəticəsi bütün dünyaya bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycanda yaşayan bütün xalqlar vətənin dar günündə bir yumruq kimi birləşib mənfur düşmənin başını əzə bilirlər. “Dəmir yumruq” xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir”. Bu fikirləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib.
David İbramxəlilov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” fikri həqiqətdə də öz əksini tapdı: “Ölkəmizdə milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının bütün hüquq və azadlıqları təmin olundu. Erməni təbliğat maşını Azərbaycanda yaşayan xalqları bir-birinə qarşı, üz-üzə qoymaq istəsə də, buna nail ola bilmədi. Əksinə, ölkəmizdə yaşayan millətlər və etnik qruplar Vətən müharibəsində əsl qəhrəmanlıqlar göstərdi, doğma torpaqları uğrunda canlarını fəda etdilər”.
Rayon təşkilatının sədrinin sözlərinə görə, qələbədən sonra Azərbaycanın gələcək inkişafının perspektivləri tam aydın şəkildə görünür: “İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı ölkə iqtisadiyyatı üçün yeni imkanlar açacaqdır. Müharibənin qələbəmizlə başa çatmasından az müddət keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə Füzuli-Şuşa avtomobil yolunun, Füzuli şəhərində aeroportun tikintisi aparılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Şuşa şəhərinin vəziyyəti ilə yaxından tanış olması, cənab Prezidentin çıxışlarındakı son açıqlamaları Şuşa şəhərinin dünyanı heyran edəcək bir mədəniyyət mərkəzi kimi gələcəyindən xəbər verir. Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır. Sevindirici haldır ki, artıq Şuşada yeni infrastruktur quruculuğu prosesinə start verilib və tezliklə bu tarixi yurdumuz Azərbaycanın mədəniyyət paytaxtı kimi müxtəlif beynəlxalq tədbirlərin keçiriləcəyi məkana çevriləcək”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

