/ / YAP Gənclər Birliyi ilə Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib
YAP Gənclər Birliyi ilə Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib
20.03.2021 [09:18]
Martın 19-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair videoformatda görüş keçirilib.
Görüşdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev YAP Gənclər Birliyinin yeni heyətini təbrik edib. O, gənclərin göstərilən yüksək etimadı layiqincə doğruldacağına inandığını bildirib. Nazir müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Prezident İlham Əliyevin partiyanın VII qurultayında proqram xarakterli çıxış etdiyini deyən İ.Babayevin sözlərinə görə, ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib, güclü dövlətə çevrilib, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ən mühüm hadisə isə ötən il 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Bu missiyada da əsas yük dövlətimizin başçısının dediyi kimi, gənc nəslin üzərinə düşdü. Müharibədə qəhrəman Azərbaycan gəncləri ön cəbhədə mətanətlə döyüşdülər. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə informasiya müharibəsində fəal iştirak edərək böyük qələbəyə öz töhfələrini verdilər.
Qarabağın quruculuq işlərinə gənclərin cəlb edilməsi məsələsinə toxunan İ.Babayev deyib ki, dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq, geniş miqyaslı tədbirlər planı hazırlanır. Aidiyyəti üzrə müvafiq dövlət qurumlarının qarşısına vəzifələr qoyulub. Qarabağın dirçəldilməsi istiqamətində gənclərimiz Prezidentin çağırışlarına hazırdırlar və quruculuq prosesində iştirak etmək arzusundadırlar.
Nazir müavini söyləyib ki, YAP Gənclər Birliyi ölkəmizin ən böyük gənclər təşkilatıdır. YAP-da 270 mindən çox gənc birləşib. Bu baxımdan, təşkilatın potensialı çox böyükdür. Gənclər və İdman Nazirliyi bundan sonra da YAP Gənclər Birliyi ilə fəal əməkdaşlıq edəcək.
Qarabağda gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən İ.Babayev bu layihələrdə YAP-ın gənc üzvlərinin də fəal iştirak edəcəyinə inandığını söyləyib.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, rəhbərlik etdiyi təşkilat qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün qüvvəsini səfərbər edəcək. Onun sözlərinə görə, YAP-ın VII qurultayında partiyamızın sədri, Prezident İlham Əliyev gənclərə müvafiq tövsiyə və tapşırıqlarını verib. Bu baxımdan, gənclər milli tarixi köklərə bağlı olmaqla, yeni, müasir və innovativ fəaliyyət əsasında öz işlərini quracaqlar.
Vətən müharibəsinin tarixi qələbə ilə başa çatdığını deyən B.İslamovun sözlərinə görə, bu qələbədə gənclər mühüm rol oynadı. Çünki ordunun əsasını gənclər təşkil edir. YAP Gənclər Birliyinin sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərlə, Böyük Qayıdışla bağlı məsələlərdə rəhbərlik etdiyi təşkilat üzərinə düşən müssiyanı uğurla yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək. Bütövlükdə, gələcək fəaliyyətlə əlaqədar YAP Gənclər Birliyi müxtəlif layihələr və proqram üzərində işləyir. Təşkilatın əsas hədəflərindən biri öz fəaliyyətində təkcə partiya üzvü olan gəncləri deyil, bütün Azərbaycan gənclərini də əhatə etməkdir.
B.İslamov YAP Gənclər Birliyinin Gənclər və İdman Nazirliyi ilə fəal əməkdaşlığın davam etdirilməsinə maraqlı olduğunu da diqqətə çatdırıb.
Tədbirdə həmçinin, YAP Gənclər Birliyinin üzvlərindən Milli Məclisin deputatı Cəbi Quliyev, Anastasia Lavrina, Fərid Sadıqlı və Nihad Allahyarlı çıxış edərək təşkilatın gələcək fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlıqla bağlı fikir və təkliflərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

