YAP Qadınlar Şurası Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirib
12.06.2010 [02:50]
Tədbiri giriş sözü ilə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova açaraq, iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, 15 iyunun tarixindən daşınıb: “Həmin dövrdə ölkəmiz ağır günlərini yaşayırdı. ölkəni bürüyən iqtisadi tənəzzül, ictimai-siyasi gərginlik, sabitliyin olmaması, ölkə daxilində siyasi qüvvələr arasında ziddiyyətlər respublikanı fəlakətə sürükləyirdi. Xatirəsini daim əziz tutduğumuz ümummilli lider Heydər Əliyev növbəti dəfə hakimiyyətə gələrək, başlıca qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoydu. Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də, Heydər Əliyev deyəndə Azərbaycan xalqı, Azərbaycan xalqı deyəndə Heydər Əliyev xatırlanır”.
Sonra YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxış edərək bildirib ki, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın inkişafında, tərəqqisində hansı rola malik olduğunu dərk etmək üçün həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi duruma diqqət yetirmək kifayətdir: “Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu bizim müstəqil dövlətimizin xilası bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır”.
Ulu öndərin adının insanların qəlbində abidə kimi ucaldığını deyən N.Əliyeva onu da qeyd edib ki, Azərbaycanın milli dövlətçilik tarixində görkəmli şəxsiyyətlər çox olsa da, Heydər Əliyev qədər öz torpağına, millətinə bu qədər ürəkdən bağlı olan, bütün ömrünü Vətəninə, xalqına həsr edən ikinci bir dövlət xadimi olmayıb.
Daha sonra “Heydər Əliyev siyasətdə həmişə qaydalara riayət edirdi” mövzusu ilə millət vəkili Elmira Axundova çıxış edib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, YAP Qadınlar Şurasının üzvü Mehriban Alışanova və YAP Gənclər Birliyinin üzvü, BDU-nun tələbəsi Sitarə Cabbarlı çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söhbət açıblar.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə nitqində 1993-cü ilin 15 iyunundan ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna, əldə olunan uğurlara toxunub. M.Qurbanlı, onu da diqqətə çatdırıb ki, ümummilli liderin hakimiyyətə qayıdışı bir zərurət olub: “Siyasətdə təsadüf olmur. Baş verən hadisələr hamısı zərurətdən doğur”.
Tədbirdə tələbələrin ifasında hazırlanan ədəbi-bədii kompozisiya və Xalq artisti Ağadadaş Ağayevin ifasında milli musiqilər səsləndirilib.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

